Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısıTəhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın. Bölmədə Agentliklə müqavilə bağlamış özəl və digər dövlət orqanlarının tabeliyində olan sahəvi tibb müəssisələri haqqında məlumatlar əks olunur. Bu tibb müəssisələrində vətəndaşlar dövlət tibb müəssisələrində onlara təqdim olunan göndəriş vərəqəsi əsasında tibbi xidmət ala bilərlər.
Müraciət etmədən öncə tibb müəssisəsi ilə əlaqə yaradaraq dəqiqləşdirmə aparmağınız tövsiyə olunur.
Daha çox
Daha az
Xidmətlər Zərfi çərçivəsində lazım olan tibbi xidməti TƏBİB-in tabeliyindəki tibb müəssisələrində və ya Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında göstərmək mümkün olmadıqda vətəndaşa özəl tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Göndərişin etibarlılıq müddəti 10 iş günüdür.
Vətəndaş təcili və təxirəsalınmaz tibbi yardım zamanı yaxınlıqdakı özəl tibb müəssisələrinin birinə birbaşa müraciət edə bilər. Bu halda icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müəyyən edilmiş tariflərə uyğun olaraq xəstəxanaya ödəniş edir.
Göndərişlə gedəcəyiniz tibb müəssisəsini 3 vasitə ilə seçmək olar.
1) Dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təsdiq edildikdə bu barədə pasiyentin mobil telefonuna SMS göndərilir. SMS-i aldıqdan sonra “e-Tabib” mobil tətbiqinin “Göndərişlər” bölməsinə daxil olub müqaviləli tibb müəssisələrinin siyahısından seçim edib “Təsdiqlə” düyməsini sıxmaq lazımdır.
2) SMS-i aldıqdan sonra dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsinin üzərindəki QR kodu oxutmaqla göndərişlə tibbi xidmət ala biləcəyiniz müqaviləli tibb müəssisələrinin siyahısı ilə tanış olacaqsınız. Seçdiyiniz tibb müəssisəsində tələb olunan tibbi xidmətin mövcudluğunu müəyyən etmək üçün tibb müəssisə ilə əlaqə saxlayaraq dəqiqləşdirmək mütləqdir.
3) SMS-i aldıqdan sonra göndərişlə tibbi xidmət almaq istədiyiniz müqaviləli tibb müəssisəsini Agentliyin saytında yerləşdirilən siyahıdan seçə bilərsiniz. Tələb olunan tibbi xidmətin seçdiyiniz tibb müəssisəsində mövcudluğunu müəyyən etmək üçün tibb müəssisə ilə əlaqə saxlayaraq dəqiqləşdirmək mütləqdir.
Dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən təsdiq edilmədikdə imtinanın verilmə səbəbi haqqında vətəndaşa SMS bildiriş göndərilir.
Göndərişlərlə bağlı sual yaranarsa Agentliyin “1542” Çağrı mərkəzinə zəng vurub məlumat əldə etmək olar.
Göndəriş verilən tibb müəssisəsinin qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi və göndəriş vərəqəsi ilə birlikdə müraciət olunmalıdır. Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 gündür.
Vətəndaşın müraciət etdiyi tibb müəssisəsində ona tələb olunan tibbi xidmətlərin (dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması və ya stasionar tibbi xidmətin göstərilməsi) göstərilməsi mümkün olmadıqda, həmin tibb müəssisəsi bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə (dövlət və ya özəl tibb müəssisəsinə) göndəriş verir.