04 Oktyabr 2021 18:00

Agentlik "İnvestisiya xidmətlərinin satın alınması məqsədilə təkliflər sorğusu"nu elan edir

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

  1. Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;
  2. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  3. Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;    
  4. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
  5. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;
  6. İddiaçının son bir ildəki fəalyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
  7. İddiaçının tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır.
  8. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
  9. Tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;
  10. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə uyğun olması haqqında sənəd.
  11. Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);

İddiaçılar təkliflər sorğusuna dair təkliflərini qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə iki nüsxədə (üzərində əsli və surəti yazılmış) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük üzərində əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.

Azərbaycan Respublikasından olan iddiaçıların təkliflər sorğusu üzrə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

İddiaçılar öz təkliflərini Əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalıdır. İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 19.10.2021-ci il saat 18:00-dək, qiymət təklifi və təklifin təminatını isə 21.10.2021-ci il saat 15:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında yerləşən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (əlaqələndirici şəxs – Əhmədağa Salayev, telefon: (012) 310-07-70, daxili nömrə: 2011, asalayev@its.gov.az) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 21.10.2021-ci il saat 15:00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında yerləşən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində açılacaqdır. Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir.

 

TENDER KOMİSSİYASI

 

 

 

 

 

 

 

 

 

 

 

Zəng sifariş et