Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısıTəhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sizə gənc və peşəkar kollektivdə yüksək komanda ruhunda əməkdaşlıq, zəngin təcrübə və karyera irəliləyişi vəd edir.
Müraciət etmək istədiyiniz vəzifənin adını elektron məktubun mövzu hissəsində qeyd edərək CV-nizi cv@its.gov.az ünvanına göndərməyiniz kifayətdir. Vakansiya elanında əlavə sənədlər (sertifikatlar və s.) tələb olunduqda, məktuba bunları da əlavə etməyiniz xahiş olunur.
Təhlükəsizlik səbəbindən yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com domenli emaillərdən daxil olan müraciətlər qəbul olunmur.
Qiymətləndirmə prosesi mərhələli şəkildə aparılır:
Nəticələr əsasında seçilmiş namizədlərlə əlaqə saxlanılır.
CV mərhələsində iştirak edən namizədlərdən ancaq növbəti mərhələyə keçənlər ilə əlaqə saxlanılır. Test və müsahibə mərhələlərində iştirak edən bütün namizədlərə prosesın nəticəsi barədə məlumat verilir.