İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Proqramlaşdırma şöbəsinə Backend developer istiqaməti üzrə mütəxəssis/məsləhətçi vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli (Texniki sahə üzrə təhsil arzuolunandır);
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Səmərəli və anlaşılan kod yazmaq bacarığının olması;
Analitik düşüncə, yeni texnologiyalardan öyrənib, tətbiq etmək bacarığının olması;
Komputer Elmlərinin Əsasları (Alqoritm and Data Strukturlar) haqqında biliklərin olması;
Texniki sənədləri oxumaq, anlamaq, yazmaq bacarığının olması.
Tələb olunan texniki bacarıqlar:
Komputer Elmlərinin Əsasları (Alqoritm and Data Strukturlar) haqqında biliklər;
C# OOP, Asp.Net MVC, .Net Framework, .Net Core texnologiyaları üzrə əsaslı bilik və təcrübə;
TSql, PL/Sql dilləri üzrə əsaslı bilik və təcrübə;
Html5, Css3, Javascript, Ajax, Angular istifadəsi və biliyi;
REST və SOAP servislər üzrə biliklər;
Səmərəli, Səmərəli, təmiz və genişlənə bilən kod yazmaq bacarığı;
GİT-lə işləmə təcrübəsi (yaranan kofliktləri problemsiz şəkildə həll etmək);
Səmərəli, səliqəli, sürətli, təhlükəsiz, anlaşılan və genişlənə bilən kod yazmaq bacarığı;
Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək bacarığı.
Görəcəyiniz işlər:
Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq proqram təminatı üzrə işləri müəyyən edərək inkişaf fəaliyyətlərinin planlaşdırılmasında iştirak etmək;
Şöbə üzrə proqram təminatı istiqamətində müvafiq prosedurların və siyasətlərin hazırlanmasında iştirak etmək;
Agentliyin müəyyənləşdirilmiş proseslərinin tələbləri üzrə proqram təminatının yazılmasında iştirak etmək;
Yeni məhsulların yaradılmasında və onların tətbiqi metodlarının seçilməsində iştirak etmək;
Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak etmək;
Digər əməkdaşların sahəsi üzrə təkmilləşməsi və proqram təminatını mənimsənilməsi tədris prosesində iştirak etmək;
Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə digər proqramçılara dəstək və təlim komandasını formalaşdırılmasında iştirak etmək;
Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanmasında iştirak etmək;
Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrasında iştirak etmək;
Agentliyin inkişafı baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak etmək;
Agentliyin mövcud olan proqram təminatının yeni məhsullara uyğun yazılması və digər tələb olunan proqramlara inteqrasiyası üsullarının texniki yazılmasında iştirak etmək;
Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak etmək.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 15.09.2022-ci il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.