Yatış zamanı/əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, xüsusi tibbi sərf (koxlear implant sistemi (implant (daxili cihaz), nitq prosessoru (üst cihaz)), endoprotez, stent, setka və digər) tibbi xidmətin tarifinə daxildir.
2.6.139 saylı tibbi xidmət münasibətində, XBT-09 kodu 20.98 cərrahi prosedurunda istifadə olunan koxlear implant sisteminin (implant (daxili cihazın) və prosessorun (üst cihazın) (**4)) texniki göstəriciləri aşağıdakılardır:
İmplant (daxili cihaz) : aktiv elektrod sayı minimum 22 ədəd olan çox kanallı olmalı, maqnit induksiya vahidi 1.5 Tesla -3.0 Tesla arasında olan MRT müayinəsi olunmaq imkanı, az travmatik olması üçün uc hissəsinin qalınlığı maksimum 0.3 mm, bazal hissəsinin qalınlığı maksimal 0.6 mm olmalıdır;
Nitq prosessoru (xarici cihaz) iki növdə ola bilər. Nitq prosessorunun texniki göstəriciləri aşağıdakı kimi olmalıdır:
1. İmplantla (daxili cihazla) rabitəni təmin edən cihazdan, birləşdirici naqildən və aksesuarlardan ibarət olan qulaq arxasına yerləşdirilən prosessordan ibarət olmalı, iki ədəd təkrar doldurula bilən batareyaya, İP 57 beynəlxalq mühafizə dərəcəsinə, iki ədəd fərqli istiqamətli mikrofona, məlumatların qeydiyyatı (Data logging) xüsusiyyətlərinə malik olmalıdır.
2. İmplantla (daxili cihazla) rabitəni təmin edən naqilsiz, baş hissəsinə yerləşdirilən tək hissəli nitq prosessorundan ibarət olmalı, İP 54 beynəlxalq mühafizə dərəcəsinə, iki ədəd fərqli istiqamətli mikrofona, məlumatların qeydiyyatı (Data logging) xüsusiyyətlərinə malik olmalıdır.
Cihazı (koxlear implant sistemini) təmin etmiş şirkət tərəfindən əməliyyatdan sonraki 12 (on iki) ay müddət ərzində ən azı 3 (üç) dəfə cihazda səsin tənzimlənməsinin həyata keçirilməsi, sığortaolunana 36 (otuz altı) seans loqoped və 36 (otuz altı) seans (psixoloq) xidmətinin göstərilməsi təyin edilmiş xidmətin tarifinə daxildir.