Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısıTəhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
+ 3 641 003
Pasiyent sayı
+ 12 277 577
Müraciət sayı
+ 44 214 139
Xidmət sayı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.
Agentlik 15 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi adı altında fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə isə “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik olan Agentlik əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentliyin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilib.
2016 – 2019-cu illərdə Mingəçevir şəhərində, Yevlax, Ağdaş və Sədərək rayonlarında pilot layihə olaraq tətbiq edilib.
2020-ci il 1 yanvar tarixindən etibarən şimal və cənub-qərbi rayonlarda (23 şəhər və rayonda) tətbiq edilib.
2021-ci il 1 yanvar tarixindən etibarən qərb və cənub rayonlarında (36 şəhər və rayonda) tətbiq edilib.
2021-ci il 1 aprel tarixindən etibarən icbari tibbi sığorta sistemi Bakı və şərq rayonları da daxil olmaqla bütün ölkədə tətbiq edilib.
Agentliyin fəaliyyətinin məqsədi:
Agentliyin fəaliyyət istiqamətləri:
Əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etmək.
Agentlik səhiyyə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi və digər məqsədlərlə bağlı müxtəlif təşkilatlarla əməkdaşlığa önəm verir.
İkitərəfli və çoxtərəfli əməkdaşlıqlar çərçivəsində icbari tibbi sığortanın tətbiqi, tibb müəssisələrinin maddi-texniki imkanlarının yaxşılaşdırılması, tibb sahəsində çalışanların beynəlxalq təcrübəyə yiyələnməsi və digər məqsədlər ilə bağlı layihələr həyata keçirilir.