Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search
/ Kalkulyator

Kalkulyator

Form image preview
Kalkulyatordan istifadə etməklə siz əməkhaqqınızdan və ya gəlirinizdən tutulan icbari tibbi sığorta haqlarının məbləğini hesablaya bilərsiniz.
İcbari tibbi sığorta fonduna aylıq ödənişin hesablanması
Fəaliyyət göstərdiyiniz sektoru seçin
Ən çox verilən suallar Daha çox

Dövlət və neft, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər.

Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər minimum aylıq əməkhaqqının 4 faizi miqdarında (Hazırda minimum əməkhaqqı 400 manat olduğu üçün ayda bu məbləğ 16 manat təşkil edir)  icbari tibbi sığorta haqqı ödəməlidir. Bu məbləğ  hər ay üçün hesablanır və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı halda vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar) icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.

 

Əcnəbilərin gəlirlərindən icbari tibbi sığorta haqqının tutulmasının əsasında gəlirin Azərbaycan mənbəyindən əldə olunub-olunmaması dayanır. Belə ki, Azərbaycan Respublikasından rəsmi gəlir əldə edən əcnəbilərdən icbari tibbi sığorta haqqı tutulur.

Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər istisna olmaqla, digər şəxslər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onların sığortahaqları dövlət büdcəsi hesabına ödənilir. 

Suallarınıza ətraflı cavab almaq üçün 1542 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya onlayn çat vasitəsilə bizə yaza bilərsiniz.
Son yenilənmə tarixi: 16.01.2025
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri