Loading...
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Əczaçılıq ixtisası üzrə ali təhsil;

  • Əczaçılıq, dərman və tibb vasitələrinin təchizatı sahəsində minimum 4 il iş təcrübəsi;

  • Dil bilikləri: Azərbaycan (ana dili), ingilis dili (yaxşı), rus dili (yaxşı);

  • Ofis proqramları üzrə biliklər;

  • Ünsiyyət və komandada işləmə bacarığı;

  • Problem həlletmə və analitik təhlil bacarığı.

Görəcəyiniz işlər:

  • Dərman və tibb vasitələrinin seçilməsi, kodlaşdırılması və farmakoiqtisadi təhlilinin aparılması,

  • Aptek təşkilatları ilə işlərin təşkili və koordinasiyası,

  • Ambulator dərman və tibb vasitələrinin təchizatı üzrə aylıq-rüblük-illik hesabatın aparılması,

  • Aptek təşkilatlarının təqdim etdiyi hesabatlar üzrə tibbi-iqtisadi ekspertizanın aparılması,

  • Aptek təşkilatlarının və təchizatçıların işinin qiymətləndirilməsinin aparılması,

  • Komissiya və ekspertlərə tələb olunan sənədlər  toplusunun təqdim olunması və şikayətlərə baxılması.                                                                                                                                                 

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00;

  • İş yeri: Begoc biznes mərkəzi.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 18.07.2024-cü il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz

 

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri