İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İnsan resursları departamentinin Təlim və karyera planlaması şöbəsinə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Tibb müəssisələrində çalışan həkim və orta tibb işçilərinin peşə hazırlığının artırılması işinin təşkili;
Tibb sahəsinin müxtəlif istiqamətləri üzrə təlim proqramlarının hazırlanması;
Tibb müəssisələrinin rəhbərləri üçün idarəetmə təlimlərinin təşkilində iştirak etmək;
İşə qəbul olunan yeni əməkdaşlar üçün adaptasiya proqramının təşkilində iştirak etmək;
İşçilərin təlim ehtiyaclarının müəyyən edilməsi üçün müxtəlif mexanizmlərin tətbiq edilməsi;
TƏBİB əməkdaşlarının peşə hazırlığının artırılması işinin təşkili;
Təlimlərin əməkdaşların karyera inkişafı ilə əlaqələndirilməsi üçün müvafiq tədbirlərin görülməsi;
Təlim strategiyası və (və ya) planlarının hazırlanmasının və icra edilməsinin təşkil edilməsi;
Təlim proqramları və təlimçilər üçün tələblərin hazırlanması;
Təlim və təlimçilər bazasının yaradılması;
Müxtəlif yerli və beynəlxalq təlim mərkəzləri ilə əlaqələrin qurulması;
Təlim sonu məmnunluq sorğusunun keçirilməsi və nəticələrin təhlili;
Təşkil edilmiş təlimlərin vahid uçotunun aparılmasında iştirak etmək;
Vəzifəyə dair tələblər:
Ali təhsil - Əsas (baza ali) tibb təhsili
Təlim və inkişafı sahə üzrə azı 2 il iş təcrübəsi;
Ofis proqramları (Excell, Powerpoint, Outlook,Word) üzrə biliklərin yüksək səviyyədə olması;
Müvafiq sahə üzrə biliyi təsdiq edən sertifikatın olması arzuolunandır;
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ya ingilis dil biliyi üstünlükdür);
Məsuliyyətlilik;
Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması;
Problemi təhlil etmə bacarığı;
Təşəbbüskarlıq və yaradıcılıq;
Komandada işləmə bacarığı.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 01.04.2022-ci il;
CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir[1] ;
Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun CV-lərini mövzu yerinə “ Təlim və karyera planlaması şöbəsi üzrə məsləhətçi ” yazaraq göndərmələri xahiş olunur;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
[1] Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.