Loading...
Agentlik TƏBİB-in İnsan resursları departamentinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İnsan resursları departamentinin Təlim və karyera planlaması şöbəsinə məsləhətçi  vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Tibb müəssisələrində çalışan həkim və orta tibb işçilərinin peşə hazırlığının artırılması işinin təşkili;

  • Tibb sahəsinin müxtəlif istiqamətləri üzrə təlim proqramlarının hazırlanması;

  • Tibb müəssisələrinin rəhbərləri üçün idarəetmə təlimlərinin təşkilində iştirak etmək;

  • İşə qəbul olunan yeni əməkdaşlar  üçün adaptasiya proqramının təşkilində iştirak etmək;

  • İşçilərin təlim ehtiyaclarının müəyyən edilməsi üçün müxtəlif mexanizmlərin tətbiq edilməsi;

  • TƏBİB  əməkdaşlarının peşə hazırlığının artırılması işinin təşkili;

  • Təlimlərin əməkdaşların karyera inkişafı ilə əlaqələndirilməsi üçün müvafiq tədbirlərin görülməsi;

  • Təlim strategiyası və (və ya) planlarının hazırlanmasının və icra edilməsinin təşkil edilməsi;

  • Təlim proqramları və təlimçilər üçün tələblərin hazırlanması;

  • Təlim və təlimçilər bazasının yaradılması;

  • Müxtəlif yerli və beynəlxalq təlim mərkəzləri ilə əlaqələrin qurulması;

  • Təlim sonu məmnunluq sorğusunun keçirilməsi və nəticələrin təhlili;

  • Təşkil edilmiş təlimlərin vahid uçotunun aparılmasında iştirak etmək;

Vəzifəyə dair tələblər:

  • Ali təhsil - Əsas (baza ali) tibb təhsili

  • Təlim və inkişafı sahə üzrə azı 2 il iş təcrübəsi;

  • Ofis proqramları (Excell, Powerpoint, Outlook,Word) üzrə biliklərin yüksək səviyyədə olması;  

  • Müvafiq sahə üzrə biliyi təsdiq edən sertifikatın olması arzuolunandır;

  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ya ingilis dil biliyi üstünlükdür);

  • Məsuliyyətlilik;

  • Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması;

  • Problemi təhlil etmə bacarığı;

  • Təşəbbüskarlıq və yaradıcılıq;

  • Komandada işləmə bacarığı.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 01.04.2022-ci il;

  • CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir[1] ;

  • Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun CV-lərini mövzu yerinə “ Təlim və karyera planlaması şöbəsi üzrə məsləhətçi ” yazaraq göndərmələri xahiş olunur;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

[1] Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Заказать звонок
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri