+ 5 034 181
Pasiyent sayı
+ 22 131 173
Müraciət sayı
+ 76 809 451
Xidmət sayı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.
Agentlik 15 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi adı altında fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə isə “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik olan Agentlik əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentliyin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilib.
Pilot layihə
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanına əsasən Mingəçevir şəhəri və Yevlax rayonunda, 2018-ci il 16 fevral tarixli 1830 Fərmanına əsasən isə habelə Ağdaş rayonunda icbari tibbi sığorta pilot layihə şəklində 1829 tibbi xidməti əhatə edən baza zərfi əsasında həyata keçirilib. 1 aprel 2021-ci ildən icbari tibbi sığorta bütün ölkə ərazisini əhatə edir.
Agentliyin fəaliyyətinin məqsədi:
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
Agentlik səhiyyə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi və digər məqsədlərlə bağlı müxtəlif təşkilatlarla əməkdaşlığa önəm verir. İkitərəfli və çoxtərəfli əməkdaşlıqlar çərçivəsində icbari tibbi sığortanın tətbiqi, tibb müəssisələrinin maddi-texniki imkanlarının yaxşılaşdırılması, tibb sahəsində çalışanların beynəlxalq təcrübəyə yiyələnməsi və digər məqsədlər ilə bağlı layihələr həyata keçirilib.