Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısıTəhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara Xidmətlər Zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur. Sistemin məqsədi tibbi xidmətlərə əlçatanlığı təmin etmək və əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaqdan ibarətdir.
Azərbaycan Respublikası vətəndaşları şəxsiyyəti təsdiq edən sənədlə;
Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq sənədlə;
Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan icbari tibbi sığorta haqqı ödəyən şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi ilə.
Vətəndaş tibbi xidmətə ehtiyacı olduğu halda TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin siyahıda qeyd olunan tibb müəssisələrinə şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilər.
Planlı ambulator tibbi xidmət almaq üçün ailə həkiminə və ya ixtisaslı həkimə müraciət etmək lazımdır.
Ailə həkimi xidməti yalnız qeydiyyat ünvanı üzrə ilkin səhiyyə xidməti müəssisələrində (Poliklinika, Ailə Sağlamlıq Mərkəzi, həkim məntəqəsi, tibb məntəqəsi və qadın məsləhətxanası) göstərilir;
Ailə həkimi pasiyenti müayinə etdikdən sonra ehtiyac olduğu halda müvafiq ixtisaslı həkimə yönləndirir;
Ailə həkimini seçmək və məhdudiyət qoyulmadan dəyişmək mümkündür.
İxtisaslı həkimlərə qeydiyyat ünvanından asılı olmadan birbaşa müraciət edilə bilər;
İxtisaslı həkim ehtiyac olduğu halda vətəndaşı stasionar (terapevtik və ya cərrahi) tibbi xidmətlərə yönləndirə bilər;
Həkimlər və tibb müəssisələri arasında seçim etmək mümkündür.
Vətəndaş ambulans xidmətindən (103) istifadə edərək ev şəraitində tibbi xidmət ala və ya tibb müəssisəsinə çatdırıla bilər. Təcili hallarda tibb müəssisəsində vətəndaşa növbədənkənar tibbi xidmət göstərilir. Ambulans xidməti, ambulator və stasionar şəraitdə təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri, dərman və tibbi sərf Xidmətlər Zərfi çərçivəsində ödənişsizdir;
Vətəndaş təcili və təxirəsalınmaz tibbi yardım zamanı yaxınlıqdakı özəl və ya sahəvi tabeliliyi olan dövlət tibb müəssisələrinin birinə birbaşa müraciət edə bilər. Bu zaman tibb müəssisəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət ünvanlayır və Agentlik göstərilən tibbi xidmətlər üçün icbari tibbi sığortanın Xidmətlər Zərfində müəyyən edilmiş tariflərə uyğun olaraq xəstəxanaya ödəniş edir.
Vətəndaşa Xidmətlər Zərfi çərçivəsində lazım olan tibbi xidməti TƏBİB-in tabeliyindəki tibb müəssisələrində və ya Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında göstərmək mümkün olmadıqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləli özəl və ya sahəvi tabeliliyi olan dövlət tibb müəssisələrinə göndəriş verilir. Göndərişin verilməsi və göndəriş əsasında göstərilən tibbi xidmətlər ödənişsizdir.
Göndərişin etibarlılıq müddəti 10 iş günüdür
İcbari tibbi sığorta hesabına Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Tədris-Cərrahiyyə Klinikalarına, o cümlədən Bakı Sağlamlıq Mərkəzinə Xidmətlər Zərfinə daxil olan stasionar terapevtik və cərrahi xidmətlərdən faydalanmaq üçün birbaşa müraciət etmək mümkündür. İcbari tibbi sığorta hesabına xidmət almaq üçün stasionar müalicəyə tibbi göstərişin olmasına dair müayinə nəticələri tələb olunur.
Özəl tibb müəssisələriVətəndaşın göndəriş verilən özəl və ya sahəvi tabeliliyi olan dövlət tibb müəssisələri arasında seçim etmək hüququ var. «e-Tabib» mobil tətbiqi vasitəsi ilə də seçim etmək mümkündür.
Təlimat videosuVətəndaş təcili və təxirəsalınmaz hallar istisna olmaqla göndəriş olmadan birbaşa özəl və ya sahəvi tabeliliyi olan tibb müəssisələrinə müraciət edərsə, tibbi xidmət üçün öz vəsaiti hesabına ödəniş etməlidir.
İcbari tibbi sığorta hesabına tibbi xidmətlər vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində göstərilir. Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Xidmətlər Zərfinə 3315 sayda tibbi xidmət daxildir.
Xidmətlər Zərfinin axtariş sistemiXidmətlər Zərfinə dövlət proqramları və qanunları çərçivəsində müalicə və müayinəsi nəzərdə tutulan tibbi xidmətlər, kosmetik prosedurlar, plastik cərrahiyyə, stomatoloji xidmətlər, süni mayalanma və s. kimi tibbi xidmətlər daxil deyil.
Sualınız və ya müraciətiniz varsa, bizimlə veb-saytımızdakı onlayn çat və ya 1542 Çağrı Mərkəzi vasitəsilə əlaqə saxlayın. Hər iki xidmət 24/7 fəaliyyət göstərir və Çağrı Mərkəzinə edilən zənglər ödənişsizdir. Bundan əlavə, Agentliyə elektron müraciət də göndərə bilərsiniz.