Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search
/ Elektron müraciət

Elektron müraciət

Form image preview
Müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktlarına uyğun olaraq qeydiyyata alınır və baxılır. Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətdə təhqir və böhtana yol verildikdə, yaxud müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə baxılmır.
Müraciət formu
formInfo E-mail xanasına təhlükəsizlik səbəbindən yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com domenli email daxil etməməyiniz xahiş olunur.

FİN nədir?

fin-info-icon

upload icon

Ən çox verilən suallar Daha çox

Elektron müraciətlər, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qəbul olunduğu tarixdən etibarən 15 iş günü müddətində cavablandırılır. Əgər müraciətin araşdırılması əlavə öyrənilmə və yoxlanılma tələb edirsə, bu müddət ən geci 30 iş gününə qədər uzadıla bilər.

Aşağıdakı hallarda müraciət qəbul olunmaya bilər:

  • Müraciətdə şəxsin adı, soyadı və dəqiq göstərilmədikdə;
  • Müraciətin məzmununda təhqir və böhtana yol verildikdə;
  • Eyni məsələ ilə bağlı dəfələrlə əsassız təkrar müraciət göndərildikdə.
Müraciətin baxılma vəziyyəti barədə məlumat almaq üçün müraciət edən şəxs Agentliyin 1542 Çağrı Mərkəzinə zəng edə bilər.

Elektron müraciətdən əlavə, Agentliyə aşağıdakı yollarla da müraciət etmək olar:

  • Məktub yazaraq poçt vasitəsilə göndərməklə;
  • Elektron poçt (info@its.gov.az) vasitəsilə;
  • Agentliyin rəhbər şəxslərinin qəbuluna yazılmaqla;
  • 1542 Çağrı Mərkəzinə zəng etməklə;
  • Saytımızın onlayn çat bölməsinə yazmaqla;
  • Rəsmi sosial media hesablarımıza müraciət ünvanlamaqla.
Suallarınıza ətraflı cavab almaq üçün 1542 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya onlayn çat vasitəsilə bizə yaza bilərsiniz.