İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Rəqəmsal sistemlərin tətbiqi şöbəsinin aparıcı məsləhətçisi (məhsul sahibi) vakansiyası elan edir.
Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Təklif etdiyimiz imkanlar:
Gənc və peşəkar kollektivdə çalışma şansı;
Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
Karyera inkişafı üçün yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
Təhsil: Ali təhsil;
Təcrübə: Məshul sahibi, biznes analitik, layihə rəhbəri sahəsində ən azı 3 il iş təcrübəsi;
Texniki biliklər:
Biznes və texnologiyanın tələblərini anlaya bilmək;
Agile (Scrum) metodologiyası, blok sxemlər (BPMN) və Jira üzrə biliklər;
Proqram bilikləri: BPMN, UML, API, Camunda, Microsoft MS, Google products, Postman, Swagger, SQL;
API standartları (REST/SOAP), Postman, Swagger üzrə biliklər;
SDLC və arxitektura (veb və mobil) haqqında biliklər;
Jira, Confluence istifadə bacarığı;
SQL, PL/SQL üzrə biliklərin olması arzuolunandır;
Mövcud sahə üzrə sertifikatlar (üstünlükdür).
Şəxsi bacarıqlar: Analitik təfəkkür, ünsiyyət, komandada işləmə, vaxtın və stresin idarə edilməsi və problemləri həll etmə bacarıqları.
Vəzifə öhdəlikləri:
Agentlik daxilində icra olunan proses, prosedurların qurulmasında və yeni məhsulların yaradılmasında iştirak etmək;
Məhsul və proseslərin optimallaşdırılması yönündə təhlillər aparmaq, təkliflər hazırlamaq;
Cari biznes proseslərdə problemləri və onların səbəblərini aşkar etmək;
Texniki tapşırıqları hazırlamaq və maraqlı tərəflərlə müzakirə etmək;
Tərtibatçılar və testçilər üçün texniki tələbləri, o cümlədən məlumat xəritələrini, diaqramları, axın sxemlərini və test ssenarilərini hazırlamaq, təhlil etmək və sənədləşdirmək;
Biznes-proseslər üzrə xəritələr (flow-charts) tərtib etmə, biznes proseslər üzrə test planları hazırlayıb yoxlamaq;
İstifadəçi qəbul testlərini (UAT) aparmaq və işlənmiş funksionallığı yoxlamaq;
Tələbləri izləmək və hesabatlar hazırlamaq;
Layihələrin idarə edilməsinə dəstək göstərmək.
İş şəraiti:
İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
İş yeri: Bakı şəhəri, Sabit Orucov 13 (Ali məhkəmənin yaxınlığı).
Seçim mərhələləri:
Müraciətlərin nəzərdən keçirilməsi
Müsahibə
Vakansiyaya son müraciət tarixi: 7 mart 2025;
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!