Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısıTəhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.Müraciət etmədən öncə tibb müəssisəsi ilə əlaqə yaradaraq dəqiqləşdirmə aparmağınız tövsiyə olunur.
Müraciət etmədən öncə tibb müəssisəsi ilə əlaqə yaradaraq dəqiqləşdirmə aparmağınız tövsiyə olunur.
Tibb müəssisələrinin axtarışı sistemində TƏBİB tabeli tibb müəssisələri və Səhiyyə Nazirliyinin 9 tibb müəssisəsi haqqında məlumatlar əks olunur. Vətəndaş bu tibb müəssisələrinə Xidmətlər Zərfində mövcud olan tibbi xidmətlərdən istifadə etmək üçün birbaşa müraciət edə bilər.
Axtarış sistemində filterlərdən istifadə edərək lazım olan tibbi xidmətin hansı tibb müəssisəsində göstərildiyini də müəyyənləşdirmək mümkündür.
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə etmək mümkündür. Vətəndaş tibbi xidmətə ehtiyacı yarandığı təqdirdə TƏBİB tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin siyahıda qeyd olunan tibb müəssisələrinə şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilər.
Stasionar şəraitdə müayinə və müalicə tibbi göstəriş və həkim göndərişi əsasında aparılır. Bu zaman istifadə olunan dərman, tibbi sərf və gündəlik qidalanma təminata daxildir.
Sığortaolunanlara tibbi xidmətlər gözləmə müddəti ərzində göstərilir:
Təcili və təxirəsalınmaz hallarda, tibbi yardım tibbi göstərişə əsasən dərhal göstərilir.
Xidmətlər Zərfi çərçivəsində lazım olan tibbi xidməti TƏBİB-in tabeliyindəki tibb müəssisələrində və ya Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında göstərmək mümkün olmadıqda vətəndaşa özəl tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Göndərişin etibarlılıq müddəti 10 iş günüdür.
Vətəndaş təcili və təxirəsalınmaz tibbi yardım zamanı yaxınlıqdakı özəl tibb müəssisələrinin birinə birbaşa müraciət edə bilər. Bu halda icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müəyyən edilmiş tariflərə uyğun olaraq xəstəxanaya ödəniş edir.