Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Apellyasiya Şurası

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölməsi və ya Agentliyin tabeliyindəki qurumları tərəfindən baxılmadan birbaşa Apellyasiya Şurasına daxil olmuş şikayətlər (təkrar şikayət hesab edilməyən şikayətlər), habelə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər baxılması üçün aidiyyəti üzrə göndəriləcək. Həmçinin Apellyasiya Şurasına şikayətləri yalnız sahibkarlar, onların qanuni nümayəndələri verə bilərlər və bu şikayətlər yalnız sahibkarlıq fəaliyyəti, eləcə də onların özlərinə aid sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır.

Müraciətə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli 681 nömrəli Fərmanı, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin Apellyasiya Şurasının Əsasnaməsi və digər normativ hüquqi aktlara uyğun İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Apellyasiya Şurasında baxılaraq nəticəsi barədə müraciət edən şəxsə rəsmi məlumat veriləcəkdir.

Azərbaycan, Bakı, Lev Tolstoy küçəsi 170, AZ1095
apellyasiya@its.gov.az
(+994 12) 310 07 70

Apellyasiya Şurasının tərkibi

Nigar Bayramova
Nigar Bayramova
İdarə Heyəti sədrinin müavini
Apellyasiya Şurasının sədri
Aynurə Əhmədova
Aynurə Əhmədova
Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri
Apellyasiya Şurasının üzvü
Aysel İbayeva
Aysel İbayeva
Hüquq departamentinin rəhbəri
Apellyasiya Şurasının üzvü
Rasim Həsənov
Rasim Həsənov
Maliyyə departamentinin rəhbəri
Apellyasiya Şurasının üzvü
Apellyasiya Şurasının katibliyinin tərkibi
Ehtiram Mikayılov
Ehtiram Mikayılov
Vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin rəhbəri
Katibliyin rəhbəri

Apellyasiya Şurasına aid hüquqi sənədlər

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin Apellyasiya Şurasının Əsasnaməsi
Qüvvəyə minmə 31.07.2024
Ətraflı oxu arrow-right-blue
Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin FƏRMANI
Qüvvəyə minmə 31.07.2024
Ətraflı oxu arrow-right-blue
Son yenilənmə tarixi: 01.07.2025