Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısıTəhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Mütəxəssis (Sosial media üzrə)
Şöbə: Marketinq və tədbirlər
Vəzifə öhdəlikləri:
• Sosial media hesablarının (Facebook, Instagram, Twitter, LinkedIn, YouTube) peşəkar şəkildə idarə olunması;
• Sosial şəbəkələrdən daxil olan sorğuların dəqiq və dolğun şəkildə cavablandırılması;
• Sosial media üçün həftəlik nəşrlərin planının hazırlanması;
• Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi;
• Kreativ mətnlərin və postların hazırlanması;
• Dijital trendləri izləmə və işlədiyi sahəyə tətbiq edilməsi;
• Sosial mediada izləyici sayını artıracaq təkliflərin verilməsi;
• Sosial platformalardan daxil olan müraciətlərin cavablandırılması;
• Daxil olan müraciətlərin təhlili əsasında həftəlik və aylıq hesabatların hazırlanması;
• Rəsmi internet saytının Google AdWords vasitəsilə düzgün hədəf qrupuna uyğun demoqrafik
seçimlər, ərazi və s. kimi bölgülərə əsasən reklam edilməsi;
• Agentliyin rəsmi internet səhifəsinin mütəmadi yenilənməsi, həftəlik və aylıq hesabatlar hazırlanması.
Vəzifə üçün tələblər:
• Ali təhsilli;
• Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarını bilməsi, ingilis və rus dilləri üzrə dil bilikləri arzuolunandır;
• Kreativ düşüncə, analiz etmə və araşdırma qabiliyyəti;
• Qrafik dizayn qabiliyyəti (Photoshop, Illustrator, CorelDraw, Facebook Ads, Google Ads);
• Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
• Komanda daxilində işləmək bacarığı;
• Sıx iş qrafikində işləmək bacarığı.
Maraqlanan namizədlər CV-lərini 21 fevral 2020-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.