İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İT proseslərin idarəedilməsi şöbəsinə məsləhətçi vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli (texniki sahədə təhsil arzu olunandır);
İT proseslərin idarəedilməsi və ya əlaqəli sahə üzrə minimum 1 il iş təcrübəsi;
İT infrastruktur, İnformasiya təhlükəsizliyi və İnformasiya sistemlərinin idarəedilməsi üzrə texniki biliklər;
ITIL və COBIT üzrə dərin biliklər;
Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
Scrum, Agile metodologiyası sahəsində dərin biliklər;
Komanda ilə işləmək bacarığı;
Effektiv prioritetləşdirmə bacarığı;
Üstün təqdimat və danışıqlar aparmaq bacarığı;
Sənədləşmə bacarığı.
Görəcəyiniz işlər:
İT xidmətlərin idarəedilməsi ilə bağlı proseslərin təhlili, yeni proseslərin və siyasətlərin hazırlanması, tətbiqi;
Proseslərin strategiyasını, məqsədlərini müəyyən etmək və şəffaflığını təmin etmək;
Müvafiq proses sahibləri üzərində birbaşa və ya dolayı nəzarəti həyata keçirmək;
İT strategiyalarının hazırlanması;
Effektivliyin analizi və keyfiyyətə nəzarət ilə bağlı fəaliyyəti həyata keçirmək;
İT xidmətlərin idarəedilməsi ilə bağlı yeni təkliflərin hazırlanması;
Mərkəzləşdirilmiş və tam inteqrasiya olunmuş İT alətlər dəstinin idarə edilməsini və optimallaşdırılmasınə təmin etmək;
İT İdarənin KPİ-larının hazırlanmasında və izlənilməsində iştirak etmək.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 27.03.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.