Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

İnformasiya təhlükəsizliyi şöbəsinin kiçik mütəxəssisi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnformasiya təhlükəsizliyi şöbəsinin kiçik mütəxəssisi vakansiyası elan edir.

Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;

  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;

  • Karyera inkişafı üçün yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil (İnformasiya təhlükəsizliyi, kompüter elmləri və ya əlaqəli sahədə);

  • Təcrübə: İnformasiya təhlükəsizliyi sahəsində 1 il iş təcrübəsi;

  • Texniki biliklər:

  • ISO 27001 və NIST kimi əsas təhlükəsizlik standartları barədə ümumi anlayış;

  • SIEM, IDS/IPS, DLP kimi təhlükəsizlik alətləri ilə tanışlıq;               

  • Məlumatların qorunması və konfidensiallığın təmin olunması ilə bağlı əsas biliklər;                                                                                           

  • Bulud platformaları (məsələn, Microsoft Azure, AWS) ilə ilkin tanışlıq;

  • Təhlükəsizlik üzrə arxitektura və mühəndislik konsepsiyaları barədə ümumi anlayı;

  • Təhlükələrin təhlili və ilkin forensika metodları haqqında məlumatlılıq.                                                                                                   

  • Şəxsi bacarıqlar: Analitik təfəkkür, ünsiyyət, komandada işləmə, vaxtın və stresin idarə edilməsi və problemləri həll etmə bacarıqları.

Vəzifə öhdəlikləri:

  • İnformasiya təhlükəsizliyi siyasətlərinin tətbiqində dəstək göstərmək və aidiyyəti sənədlərin hazırlanmasına kömək etmək;

  • Təhlükəsizlik risklərinin və zəifliklərin ilkin analizində iştirak etmək, aparılan yoxlamalara texniki və inzibati dəstək vermək;

  • Təhlükəsizlik insidentləri barədə ilkin məlumatların toplanması, sənədləşdirilməsi və araşdırmalarda iştirak;

  • ISO 27001, NIST və digər standartlara uyğun fəaliyyətlərdə komandaya dəstək vermək və uyğunluq proseslərini müşahidə etmək;

  • Maarifləndirmə və daxili təlim proqramlarının təşkili və icrasında iştirak, təqdimatların hazırlanmasında dəstək;

  • Təhlükəsizlik alətləri (SIEM, DLP, AV və s.) üzrə ilkin monitorinq aparmaq və qeydləri analiz etməkdə iştirak;

  • Müxtəlif şöbələrlə koordinasiya edərək təhlükəsizlik qaydalarının icrasını izləmək və istifadəçilərə texniki dəstək göstərmək.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);

  • İş yeri: Bakı şəhəri, Sabit Orucov 13 (Ali məhkəmənin yaxınlığı).

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi

  • Müsahibə

  • Vakansiyaya son müraciət tarixi: 16 iyul 2025;

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

Bakı
cv@its.gov.az
Bazar ertəsi- Cümə
Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır;
  • Təhlükəsizlik səbəbindən  yandex.rumail.rulist.ru,
    inbox.rubk.ruyahoo.com domenli emaillərdən daxil olan müraciətlər qəbul olunmur;
  • Son müraciət tarixi vakansiya mətnində qeyd olunub.
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri