Loading...
Agentlik Strategiya və layihələrin idarəolunması şöbəsinə məsləhətçi vakansiyasını elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Strategiya və layihələrin idarəolunması şöbəsinə məsləhətçi vakansiyası elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Maliyyə, iqtisadiyyat, biznesin təşkili, səhiyyə və idarəetmə sahələri üzrə bakalavr dərəcəsi

  • İqtisadiyyat, maliyyə, biznesin təşkili və ya səhiyyənin idarəolunması sahəsində minimum 3 illik peşəkar təcrübə;

  • Yüksək analitik düşüncə qabiliyyəti, təhlil və təqdimat bacarığı;

  • Yüksək səviyyədə ingilis dili biliyi (rus dili arzuolunandır);

  • MS Office və layihə idarəçiliyi proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;

  • Agile, Waterfall və digər layihələrin idarəolunması metodologiyalarından istifadə təcrübəsi;

  • Vaxtın və resursların idarə olunması bacarığı;

  • Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.

Görəcəyiniz işlər:

  • Layihələrin Agentliyin strateji hədəflərinə uyğun təsnifatlaşdırılmasının və prioritetləşdirilməsinin həyata keçirilməsi;

  • Layihə sənədlərinin, icra planlarının hazırlanmasına, resursların və işlərin düzgün əlaqələndirilməsinə dəstək və nəzarət;

  • Layihələrin texniki-iqtisadi əsaslandırmasının və ssenarilər üzrə təhlilinin həyata keçirilməsi;

  • Layihə üzrə risklərin müəyyən olunmasına köməklik göstərilməsi və risklərin qarşısının alınması ilə bağlı təkliflərin verilməsi;

  • Şirkətdaxili müxtəlif layihələrin, strateji təhlilinin aparılması və aidiyyati dəstəyin göstərilməsi;

  • Layihələrin həyata keçirilməsinin dövri olaraq nəzərdən keçirilməsi, icra statusları barədə məlumatların toplanılması;

  • Layihə üzvlərini aidiyyati məlumatlar və resurslarla təmin etmək və əlaqəli tərəflərin məlumatlandırılması;

  • Müvafiq vasitələr və üsullardan istifadə edərək layihələrin performansının ölçülməsinin həyata keçirilməsi;

  • Regional və qlobal səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlillərin edilməsi;

  • Təhlillərin nəticələri ilə bağlı təqdimatların hazırlanması;

  • Ehtiyac olduqda proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;

  • Rəhbərlik tərəfindən verilmiş və vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00;

  • İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 17.06.2023-cü il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

 

 

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri