Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

İnformasiya təhlükəsizliyi şöbəsinin baş məsləhətçisi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnformasiya təhlükəsizliyi şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir.

Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;

  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;

  • Karyera inkişafı üçün yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil (İnformasiya təhlükəsizliyi, kompüter elmləri və ya əlaqəli sahədə);

  • Təcrübə: İnformasiya təhlükəsizliyi sahəsində 3 il iş təcrübəsi;

  • Texniki biliklər: ISO 27001 və NIST kimi əsas təhlükəsizlik çərçivələri barədə dərin biliklər;

  • SIEM, IDS/IPS, DLP kimi təhlükəsizlik alətləri ilə işləmə təcrübəsi;            

  • Məlumatların qorunması və məxfi məlumatların idarə olunması üzrə biliklər;

  • Bulud təhlükəsizliyi və DevSecOps təcrübəsi arzuolunandır;

  • Təhlükəsizlik arxitekturası və mühəndisliyi sahəsində biliklər;

  • Təhlükələrin təhlili və ilkin forensika bacarıqları;

  • CISSP, CISM və ya ekvivalent beynəlxalq təhlükəsizlik sertifikatlarına sahib olmaq üstünlükdür.                                                                                  

  • Şəxsi bacarıqlar: Analitik təfəkkür, ünsiyyət, komandada işləmə, vaxtın və stresin idarə edilməsi və problemləri həll etmə bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Şirkətin informasiya təhlükəsizliyi strategiyasını hazırlamaq və həyata keçirmək, müvafiq siyasət və prosedurların tətbiqinə nəzarət etmək;

  • Müxtəlif risklərin qiymətləndirilməsi və təhlükəsizlik boşluqlarının müəyyən edilməsi üçün mütəmadi risk analizləri və zəiflik testləri aparmaq;

  • Təhlükəsizlik insidentlərinə operativ reaksiya vermək, insidentlərin araşdırılması və qarşısının alınması tədbirlərini həyata keçirmək;

  • ISO 27001, NIST və digər beynəlxalq standartlara uyğunluğun təmin olunmasına nəzarət etmək;

  • İnformasiya təhlükəsizliyi üzrə maarifləndirmə və təlim proqramları hazırlamaq və əməkdaşların məlumatlılığını artırmaq;

  • Təhlükəsizlik alətləri və texnologiyalarının idarə olunması, onların effektivliyinin təmin edilməsi və yenilənməsinin təşkili;

  • Müxtəlif şöbələrlə əməkdaşlıq edərək təhlükəsizlik tədbirlərinin inteqrasiyasını təmin etmək və ümumi təhlükəsizlik mədəniyyətini inkişaf etdirmək.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);

  • İş yeri: Bakı şəhəri, Sabit Orucov 13 (Ali məhkəmənin yaxınlığı).

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi

  • Müsahibə

  • Vakansiyaya son müraciət tarixi: 18 iyul 2025;

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

 

Bakı
cv@its.gov.az
Bazar ertəsi- Cümə
Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır;
  • Təhlükəsizlik səbəbindən  yandex.rumail.rulist.ru,
    inbox.rubk.ruyahoo.com domenli emaillərdən daxil olan müraciətlər qəbul olunmur;
  • Son müraciət tarixi vakansiya mətnində qeyd olunub.