İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Tibbi fəaliyyətin təşkili departamentinin İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Nazirlikdən və ya digər qurumlardan dairəvi sənədləri, təlimatları və məktubları bölgədəki səhiyyə vahidlərinə və digər müvafiq bölmələrə çatdırmaq;
Rəhbər və digər qurumlardan daxil olmuş müvafiq sənədləri və təlimatları bölgələrindəki ASM-lərin icrasına yönləndirmək;
Ilkin səhiyyə xidməti ilə əlaqəli Həftəlik, aylıq altı aylıq dövrlərdə (yanvar –iyun, iyul-dekabr) və illik fəaliyyət planlarını hazırlamaq, aidiyyəti təşkilatlarla razılaşdıraraq həyata keçirmək, nəticələri izləmək və qiymətləndirmək;
Hər ilin yanvar və iyul aylarında retrospektiv altı aylıq iş hesabatları hazırlamaq və və rəhbərliyə təqdim etmək,
Xəstə / işçi hüquqları və təhlükəsizliyi ilə bağlı araşdırmalar aparmaq;
Rəhbərlik tərəfindən verilən digər vəzifələri yerinə yetirmək və təlimata uyğun xidmətlər göstərmək.
Vəzifəyə dair tələblər:
Ali tibb təhsili – (Rezidentura və ya ali internatura təhsili üstünlükdür);
İlkin səhiyyə xidməti sahəsində həm klinik / diaqnostik, həm də idarəetmə təcrübəsi olmaqla ən az 3 ildən az olmayaraq ümumi əmək stajlı (Rezidentura təcrübəsi klinik təcrübə olaraq qəbul olunur) olmalıdır;
Qanunvericilik bilikləri üzrə bilməlidir - Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi və digər normativ hüquqi aktları, səhiyyənin təşkilinin nəzəri əsaslarını, səhiyyədə əməyin idarə edilməsi və təşkili sistemini, əhalinin sağlamlıq vəziyyətinin statistikasını və əhalinin sağlamlıq vəziyyətini xarakterizə edən meyar və göstəriciləri, etik davranış qaydalarının, tibbi etikanın əsaslarını, tibbi sığortanın əsaslarını;
Səhiyyə xidmətinin təşkilində praktiki təcrübəli olmalıdır;
Beynəlxalq təcrübələrinin tətbiqində təşəbbüslü və praktikası olmalıdır;
Lazım gəldikdə ezamiyyələrə hazır olmalıdır;
Rus və ingilis dil biliyini yaxşı səviyyədə bilməsi üstünlükdür;
Kompyuter bilikləri – word – sərbəst, excell – orta səviyyə, powerpoint – orta səviyyə;
Tələb olunan sertifikatlar – tibbi və idarəetmə sahəsi üzrə sertifikatlar arzuolunandır;
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər - İşlərin sistem şəklində qurulmasında motivasiyalı, həm müstəqil həm də komanda şəklində işləmək bacarıqlı, rəsmi sənəd tərtibatında təcrübəli və bacarıqlı, idarəetmə və mentorluq təcrübəsi;
Məsuliyyətlilik;
Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması;
Güclü analitika və problemi təhlil etmə bacarığı;
Dəqiqlik;
Müstəqil və komandada işləmə bacarığı.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 25.05.2022-ci il;
CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun CV-lərini mövzu yerinə “ İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə mütəxəssis ” yazaraq göndərmələri xahiş olunur;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.