İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Proqramlaşdırma şöbəsinə Front-End Developer istiqaməti üzrə mütəxəssis vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə 3 dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli (Texniki sahə üzrə təhsil arzuolunandır);
Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi (React.js və ya əlaqəli texnologiyalarla minimum 1 il);
Kompüter Elmlərinin Əsasları (Alqoritm and Data Strukturlar) haqqında biliklərin olması;
HTML5, CSS 3, Bootstrap, jQuery, JavaScript və TypeScript bilikləri;
RESTful, JSON, GİT və s. ilə təcrübə;
Test-Driven Development ilə tanış olması arzuolunandır;
Səmərəli, səliqəli, anlaşılan kod yazmaq bacarıqlarının olması;
Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək bacarığı;
Texniki sənədləri oxumaq, anlamaq, yazmaq bacarığı.
Görəcəyiniz işlər:
Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq proqram təminatı üzrə işləri müəyyən edərək inkişaf fəaliyyətlərinin planlaşdırılmasını icra etmək;
Agentliyin müəyyənləşdirilmiş proseslərinin tələbləri üzrə proqram təminatının yazılmasında iştirak etmək;
Yeni məhsulların yaradılmasında iştirak etmək;
Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak etmək;
Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanmasını həyata keçirmək;
Agentliyin inkişafı baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak etmək;
Agentliyin mövcud olan proqram təminatının yeni məhsullara uyğun yazılması və digər tələb olunan proqramlara inteqrasiyası üsullarının texniki yazılmasını icra etmək;
Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasını təşkil etmək.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi15.09.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.