Loading...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çağrı mərkəzinə vakant yer elan edir

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: Kiçik mütəxəssis/Mütəxəssis/Baş mütəxəssis

Şöbə: Çağrı mərkəzi

 

Vəzifə öhdəlikləri:

    •  

  • Agentliyin Çağrı Mərkəzinə daxil olan şifahi müraciətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq Agentliyin Çağrı Mərkəzi vasitəsilə edilən şifahi müraciətlərin qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa cavablandırılmasının həyata keçirilməsi, və birbaşa cavablandırılması mümkün olmayan şifahi müraciətlərin cavablandırılmasının həyata keçirilməsi;

  • Müraciətlərin operativ, düzgün, tam, açıq cavablandırılmasının təmin olunması;

  • Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;

  • Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;

  • Müraciət vərəqinin hazırlanması;

  • Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

 

 Vəzifə üçün tələblər:

 

  • Ali tibb təhsili (stomatoloji və farmakoloji fakültələri daxil olmaqla) və ya çağrı mərkəzində iş təcrübəsi;

  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);

  • MC Office proqramlarında sərbəst işləmək bacarığı;

  • Dinləmək bacarığı;

  • Enerjili və yüksək fəaliyyət qabiliyyəti;

  • İntizamlılıq və tez öyrənmə bacarığı;

  • Məqsədyönlülük və əmzkarlıq;

  • Stressə qarşı davamlılıq.

  • Maraqlanan namizədlər CV-lərini 12  sentyabr 2021-ci il tarixinədək hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər.

 

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəqabətə davamlı əmək haqqı.

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri