Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısıTəhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi/məsləhətçisi vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Təklif etdiyimiz imkanlar:
Gənc və peşəkar kollektivdə çalışma şansı;
Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
Karyera inkişafı üçün yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
Təhsil: Müalicə işi və əczaçılıq ixtisası üzrə ali tibb təhsili;
Təcrübə: Əczaçılıq sahəsində vəzifədən asılı olaraq 1-4 il iş təcrübəsi (dərman vasitələrinin qeydiyyatı və ekspertiza işləri üzrə iş təcrübəsi üstünlükdür);
Texniki biliklər: Xarici dil bilikləri arzuolunandır (əsasən rus dili), ofis proqramları;
Şəxsi bacarıqlar: İnduktiv və analitik təhlil, problemləri həll etmə, komanda ilə işləmə, ünsiyyət, vaxtın idarə olunması bacarıqları
Vəzifə öhdəlikləri:
Dərman və tibb vasitələrinin seçilməsi, kodlaşdırılması, dozaların və DDD hesablanması, həmçinin bununla əlaqədar digər işlərin icra edilməsi;
Dərman və tibb vasitələrinin təyinatı və buraxılması şərtlərini müəyyən etmək;
Əczaçılıq şirkətləri ilə yaranan problemləri həll etmək;
Pozitiv siyahı üzrə təhlillər həyata keçirilməsi və hesabatların hazırlanması;
İcbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə təmin olunan dərman vasitələrinə dair təqdim edilmiş sənədlər toplusunun ilkin və yekun yoxlanılmasının aparılması;
Aparılmış yoxlama nəticələrinə uyğun qərarların hazırlanması, tətbiqi və izlənilməsi.
İş şəraiti:
İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Seçim mərhələləri:
Müraciətlərin nəzərdən keçirilməsi
Test mərhələsi
Müsahibə
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 07 noyabr 2025.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!