İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Keyfiyyət idarəetmə sistemləri meneceri (əlaqələndiricisi) vakansiyası elan edir.
Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Təklif etdiyimiz imkanlar:
• Gənc və peşəkar kollektivdə çalışma şansı;
• Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
• Karyera inkişafı üçün yaradılan şərait;
• Rəqabətədavamlı əmək haqqı;
• İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
• Təhsil: Ali təhsil (hüquq və ya maliyyə sahələri üzrə olması arzuolunandır);
• Təcrübə: Keyfiyyət təminatı və ya keyfiyyətə nəzarət fəaliyyətlərini idarə etmək üzrə minimum 3 il təcrübə;
• Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək, Keyfiyyətə dair proqram təminatları və ERP sistemləri ilə işləmək bacarığı;
• Şəxsi bacarıqlar: Layihələrin idarə olunması, komandada işləmə, vaxtın idarə edilməsi, kommunikasiya, konfliktlərin idarə edilməsi və problemlərin həlli bacarıqları, dəqiqlik və sistemlilik;
• Dil bilikləri: İngilis dili və rus dili bilikləri üstünlükdür;
Digər tələblər:
• ISO 9001, Six Sigma və ya digər beynəlxalq standartlara əsaslanan Keyfiyyət İdarəetmə Sistemlərinin qurulması, tətbiqi və saxlanması üzrə praktiki təcrübə;
• ISO 9001:2015 standartı üzrə bilik və bu sahədə audit prosesləri ilə tanışlıq;
• Lean, Six Sigma və digər metodologiyalarla davamlı təkmilləşmə və keyfiyyət layihələrində iştirak təcrübəsi;
• Keyfiyyət komandalarına və funksiyalararası qruplara rəhbərlik, həmçinin işçilərin bu sahədə təlimləndirilməsi və dəstəklənməsi bacarığı;
• Daxili, xarici və təchizatçı auditlərinin, eləcə də uyğunluq qiymətləndirmələrinin aparılması təcrübəsi;
• Təchizatçı keyfiyyətinin idarə olunması və tənzimləyici qurumlarla əməkdaşlıq təcrübəsi;
Vəzifə öhdəlikləri:
• ISO 9001 və ya digər uyğun standartlara əsaslanan Keyfiyyət İdarəetmə Sistemlərinin inkişaf etdirilməsi, tətbiqi və davamlılığının təmin edilməsi;
• Daxili auditlərin planlaşdırılması və həyata keçirilməsi, eləcə də sertifikatlaşdırma orqanları ilə xarici auditlərin koordinasiyası;
• Keyfiyyət komandası ilə sıx əməkdaşlıq edərək əməkdaşlara təlimlərin təşkili və proseslərdə dəstəyin göstərilməsi;
• Keyfiyyət göstəriciləri üzrə hesabatların hazırlanması və tapıntıların rəhbərliyə təqdim olunması.
İş şəraiti:
• İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
• İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
• İş yeri: Bakı şəhəri, Lev Tolstoy küçəsi 170;
Seçim mərhələləri:
• Müraciətlərin nəzərdən keçirilməsi
• Praktiki tapşırıq/test mərhələsi
• Müsahibə
• Vakansiyaya son müraciət tarixi: 20 iyun 2025;
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!