İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Tibbi fəaliyyətin təşkili departamentinin İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
SX müəssisələrinin fəaliyyətini struktur bölmələri üzrə müntəzəm olaraq planlı və növbədən kənar işlərini, qeydlərini izləmək və qiymətləndirmək üçün tibb məntəqələriları ziyarət etmək, qanunvericiliklə icazə verilən məhdudiyyətlər daxilində xəstə, işçi hüquqları və şəxsi məxfiliyinin qorunması prinsiplərinə riayət etməklə hər cür qeydlərə daxil olmaq;
Sağlamlıq üçün riskləri və problemləri müəyyənləşdirmək üçün lazımi məlumatları toplamaq, qiymətləndirərək planlar qurmaq və lazımi müdaxilələr etmək;
İSX-nin fəaliyyətinin müəssisələr, rayonlar və regionlar üzrə təhlilini həyata keçirmək və onun əsasında işin forma və metodlarının yaxşılaşdırılması üzrə zəruri tədbirlər görmək;
Rəhbərlik tərəfindən verilən digər vəzifələri yerinə yetirmək və təlimata uyğun xidmətlər göstərmək;
Profilaktik sağlamlıq xidmətləri prinsiplərinə uyğun olaraq müvafiq səhiyyə müəssisələri ilə birlikdə həyata keçirilməsini təmin etmək;
Əvvəlki ayın son həftəsində bölgədə xidmət göstərən ailə həkimi vahidlərinin səyyar sağlamlıq xidməti planlarını ailə həkimlərindən almaq, plana əməl edilib edilmədiyini izləmək və qiymətləndirmək və rəhbərliklə razılaşdırmaq;
ASM tərəfindən müntəzəm olaraq yerinə yetirilməyən skrininq və peyvənd xidmətləri üzrə bölgədəki ASM-lər ilə birgə tədbirlər həyata keçirmək;
Ilkin səhiyyə xidməti ilə əlaqəli Həftəlik, aylıq altı aylıq dövrlərdə (yanvar –iyun, iyul-dekabr) və illik fəaliyyət planlarını hazırlamaq, aidiyyəti təşkilatlarla razılaşdıraraq həyata keçirmək, nəticələri izləmək və qiymətləndirmək;
Birbaşa rəhbərin veriləcək tapşırıqlarını icrasını təmin etmək.
Vəzifəyə dair tələblər:
Ali tibb təhsili – (Rezidentura və ya ali internatura təhsili üstünlükdür);
İlkin səhiyyə xidməti üzrə həm klinik / diaqnostik, həm də idarəetmə təcrübəsi olmaqla ən az 3 ildən az olmayaraq ümumi əmək stajlı (Rezidentura təcrübəsi klinik təcrübə olaraq qəbul olunur) olmalıdır;
Qanunvericilik bilikləri üzrə bilməlidir - Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi və digər normativ hüquqi aktları, səhiyyənin təşkilinin nəzəri əsaslarını, səhiyyədə əməyin idarə edilməsi və təşkili sistemini, əhalinin sağlamlıq vəziyyətinin statistikasını və əhalinin sağlamlıq vəziyyətini xarakterizə edən meyar və göstəriciləri, etik davranış qaydalarının, tibbi etikanın əsaslarını, tibbi sığortanın əsaslarını;
Səhiyyə xidmətinin proqrammatik təşkilində praktiki təcrübəli olmalıdır;
Beynəlxalq təcrübələrinin tətbiqində təşəbbüslü və praktikası olmalıdır;
Lazım gəldikdə ezamiyyələrə hazır olmalıdır;
Rus və ingilis dil biliyi üstünlükdür;
Kompyuter bilikləri – word – sərbəst, excell – orta səviyyə, powerpoint – orta səviyyə;
Tələb olunan sertifikatlar – tibb və idarəçilik üzrə sertifikatları arzuolunan;
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər - İşlərin sistem şəklində qurulmasında motivasiyalı, həm müstəqil həm də komanda şəklində işləmək bacarıqlı, rəsmi sənəd tərtibatında təcrübəli və bacarıqlı, idarəetmə və mentorluq təcrübəsi;
Məsuliyyətlilik;
Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması;
Güclü analitika və problemi təhlil etmə bacarığı;
Dəqiqlik;
Müstəqil və komandada işləmə bacarığı.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 25.05.2022-ci il;
CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun CV-lərini mövzu yerinə “ İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə baş mütəxəssis ” yazaraq göndərmələri xahiş olunur;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.