İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Strateji təhlil departamentinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
Departamentin hədəflərini Agentliyin hədəf, strategiya və prioritetlərinə uyğun olaraq, əməkdaşların fərdi hədəflərinin isə departamentin hədəflərinə uyğun olaraq müəyyən edilməsi və həyata keçirilməsinin təşkil edilməsi;
Agentliyin strategiyasının, uzunmüddətli strateji hədəflərinin və bundan irəli gələn tədbirlərin müəyyən edilməsi, təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Departamentin fəaliyyətinin təşkil edilməsi, ona rəhbərlik edilməsi və departamentin işinə görə cavabdehlik;
Departamentin fəaliyyət istiqamətinə uyğun təhlillərin aparılması və hesabatların hazırlanmasının təmin edilməsinə nəzarət edilməsi;
İqtisadi, sosial və səhiyyə sahəsində monitorinqin aparılması, informasiya məlumat bazasının formalaşdırılması, məlumatlar əsasında müvafiq göstəricilər üzrə analitik hesabatların hazırlanması, icbari tibbi sığortanın həyata keçirilməsi məqsədilə iqtisadi, sosial və tibbi statistika üzrə təhlillərin həyata keçirilməsinin təşkili;
Aktuar hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarının müəyyən edilməsi və həmçinin sığorta ehtiyatlarının hesablanmasının təşkili;
İcbari tibbi sığortanın tətbiqi zamanı bütün mərhələlərdə qarşıya çıxa biləcək risklərin müəyyənləşdirilməsi, təhlil edilməsi və nəzarət mexanizmlərinin tətbiqi üçün təkliflər hazırlanmasının təşkili;
Strateji satınalma işinin təşkili və buna nəzarət edilməsi;
Layihələrin uğurlu icrasını təmin etmək üçün resursların və işlərin koordinasiyasının təşkili;
İcbari tibbi sığortanın və səhiyyədə yeni maliyyələşmə prinsiplərinin tətbiqinin monitorinq və qiymətləndirilməsinin təşkili;
Departament üzrə müvafiq prosedurların və siyasətlərin hazırlanmasının təşkil edilməsi;
İdarə Heyətinin strateji inkişaf ilə əlaqədar ona həvalə etdiyi digər vəzifələrin həyata keçirilməsi;
Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi.
Bizim üçün uyğun namizəd:
Ali iqtisadi və ya biznes təhsili;
5 il rəhbərlik təcrübəsi, ən azı 3 il strateji planlama, layihələrin idarə edilməsi və ya biznes proseslərin idarə edilməsi sahəsində iş təcrübəsi;
Qabaqcıl analitik bacarıqlar və problem həll etmək bacarığı;
Strateji düşünmək bacarığı;
Qabaqcıl tədqiqat və təqdimat bacarıqları;
Liderlik və komanda idarəetmə bacarıqları;
Biznes ehtiyaclarına uyğun olaraq dinamik, uyğunlaşa bilən və çevik yanaşma;
Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv;
Stressə davamlılıq;
PMP, CFA üzrə sertifikatlar və diplomların olması (arzu olunandır);
Microsoft Office (Outlook, MS Excel, Power Point, Power BI) proqram bilikləri - əla səviyyədə;
Azərbaycan və ingilis dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi 13.02.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.