İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə məsləhətçi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Strategiya və layihələrin icrasına nəzarət işlərində mütəxəssislərin fəaliyyətinə metodoloji rəhbərlik göstərir;
TƏBİB daxilində və TƏB – də aktiv olan layihələrin reyestrini hazırlayır, yeni layihələri daxil edir;
Layihələrin tərtibatının tamamlanması və icrasını gedişatı ilə əlaqədar işçi qrupları ilə əməkdaşlıq edir, iclaslarda iştirak edir və düzəlişlərin vacibliyi barədə şöbə müdirinə məlumat verir;
Layihələrin icrası əsnasında yaranmış problemlərin həlli yolları barədə məsləhətlərini yazılı şəkildə şöbə müdirinə məlumat verir;
Şöbələr arasında əməkdaşlığın və səmərəliliyin artması üçün təkliflər verir, layihə planlanması və monitorinq istiqamətində təlimlərin təşkili və keçirilməsində iştirak edir;
Müdirin tapşırığı ilə şöbənin və strukturun strateji inkişafı ilə əlaqəli təqdimatlar hazırlayır;
Şöbə müdirinin tapşırığı ilə hesabatlar, məlumatlar hazırlayır və digər vəzifələri yerinə yetirir;
TƏBİB – in rəsmi internet səhifəsində “Strateji layihələr” rubrikasının daim yenilənməsi və idarə edilməsi ilə məşğul olur.
Vəzifəyə dair tələblər:
Ali tibb təhsili;
İxtisası üzrə ən azı 3 il iş təcrübəsi;
Qanunvericilik üzrə biliklər - 26 iyun 1997-ci il tarixli 360-IQ nömrəli “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun, 28 oktyabr 1999-cu il tarixli 725-IQ nömrəli “Tibbi sığorta haqqında” Qanun və TƏBİB – in nizamnaməsi;
Dil bilikləri – Azərbaycan dili sərbəst, rus dili yaxşı və ingilis dili yaxşı;
Kompyuter bilikləri - Microsoft Word – sərbəst, Microsoft Excel – sərbəst, Microsoft Powerpoint – sərbəst, Microsoft Outlook – sərbəst;
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər - profil üzrə geniş nəzəri və praktik biliyə sahib olması, dəqiqlik, problemi təhlil etmə bacarığı, təşəbbüskarlıq, analitik düşüncə və komanda işi;
Tələb olunan sertifikatlar - İELTS,TOEFL və s.dil biliyi sertifikatları – arzuolunandır. Layihələrin idarə olunması və ya idarəetmə üzrə təhsil və ya kurslarda iştirak sertifikatı – arzuolunandır. Elmi dərəcə (elmi ad) diplomu – arzuolunandır.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 16.05.2022-ci il;
CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir [1];
Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun CV-lərini mövzu yerinə “Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə məsləhətçi” yazaraq göndərmələri xahiş olunur;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
[1] Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.