İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin Ümumi şöbəsinə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Rəhbərlik tərəfindən aidiyyəti üzrə verilən tapşırıqları vaxtında, dəqiq yerinə yetirmək;
Sənəd dövriyyəsinin müvafiq kitablarda və Elektron Sənəd Dövriyyəsi Sistemində (ESDS) qeyd edilməsi işinə nəzarət etmək;
Sənədlərin icra vəziyyəti ilə bağlı sorğuların qəbul edilməsini, araşdırılmasını və cavablandırılmasını həyata keçirmək;
Şöbənin hesabatlarının və statistik məlumatlarının hazırlanmasında iştirak etmək;
TƏBİB-in tərkibinə daxil olan müəssisə və təşkilatlara şöbənin fəaliyyət istiqamətinə uyğun məsələləri ilə bağlı metodiki köməklik göstərmək;
Daxil olan məktub və ərizələrin araşdırılmasında və müvafiq cavabların hazırlanmasında iştirak etmək;
Kargüzarlıq, elektron sənəd dövriyyəsi və arxiv işinə baxılması sahələrində təşkilati-sərəncamverici sənədlərin, proqramların, normativ hüquqi aktların, təlimatların və təqdimatların hazırlanmasında iştirak etmək;
Müvafiq layihələr üzrə TƏBİB-in müxtəlif komissiyalarının tərkibində iştirak etmək;
Vəzifə təlimatında müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə əlaqədar struktur bölmələri və tabeli qurumlardan zəruri məlumatları tələb etmək;
İş xüsusiyyətindən asılı olaraq müvafiq məlumatları bölüşmək və əldə etmək;
Şöbənin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
Qanuna uyğun olaraq dövlət sirrinin və məxfilik prinsiplərinə əməl etmək;
Fəaliyyəti üzrə ezamiyyə səfərlərini həyata keçirmək;
İş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etmək.
TƏBİB-in daxili intizam və etik davranış qaydalarına riayət etmək;
Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
Vəzifəyə dair tələblər:
Ali təhsil- Humanitar və sosial, İqtisadiyyat, kargüzarlıq və idarəetmə sahəsi üzrə
Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
Qanunvericilik üzrə biliklərin çox yaxşı səviyyədə olması;
Ofis proqramları (Excell, Powerpoint, Outlook,Word) üzrə biliklərin yüksək səviyyədə olması;
Müvafiq sahə üzrə biliyi təsdiq edən sertifikatın olması arzuolunandır;
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ya ingilis dil biliyi üstünlükdür);
Məsuliyyətlilik;
Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması;
Nəticəyönümlülük;
İntizamlılıq;
Dəqiqlik;
Komandada işləmə bacarığı;
Kargüzarlıq işləri və elektron sənəd dövriyyəsi ilə bağlı peşəkar təlimlərdə iştirakın olması arzuolunandır;
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 15.04.2022-ci il;
CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir[1] ;
Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun CV-lərini mövzu yerinə “Ümumi Şöbə üzrə məsləhətçi” yazaraq göndərmələri xahiş olunur;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
[1] Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.