Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısıTəhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Risklərin idarəolunması üzrə məsləhətçi vakansiyası elan edir.
Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Təklif etdiyimiz imkanlar:
Gənc və peşəkar kollektivdə çalışma şansı;
Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
Karyera inkişafı üçün yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
Təhsil: Ali təhsil;
Təcrübə: Risklərin idarəolunması və ya audit üzrə ən azı 1 illik iş təcrübəsi;
Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək, Power BI bilikləri üstünlükdür;
Şəxsi bacarıqlar: İnduktiv və analitik təhlil, təşəbbüskarlıq, komandada işləmə, vaxtın idarə edilməsi, operativlik, ünsiyyət qurma, konfliktlərin idarə edilməsi və problemlərin həlli bacarıqları;
Dil bilikləri: Xarici dil biliyi (xüsusilə ingilis dili).
Vəzifə öhdəlikləri:
Agentliyin struktur bölmələrində potensial riskləri aşkar etmək və onların qiymətləndirilməsində iştirak etmək;
Risk xəritələrinin və risk reyestrlərinin hazırlanmasına dəstək vermək;
Risk göstəricilərinin və risk vəziyyətlərinin mütəmadi izlənilməsi;
Rəhbərliyə risklərlə bağlı aylıq və rüblük hesabatların hazırlanmasında iştirak;
Risk əsaslı təhlillərin aparılması və risk azaldıcı tədbirlərin təklif olunması.
İş şəraiti:
İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi.
Seçim mərhələləri:
Müraciətlərin nəzərdən keçirilməsi
Praktiki tapşırıq/test mərhələsi
Müsahibə
Vakansiyaya son müraciət tarixi: 14 iyul 2025
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!