İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Proqramlaşdırma əməliyyatlarının avtomatlaşdırılması şöbəsinə monitorinq üzrə kiçik mütəxəssis/mütəxəssis vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli (texniki sahədə təhsil arzu olunandır);
Sahə üzrə 1 ilə yaxın iş təcrübəsi;
Microsoft Windows və Linux əməliyyat sistemləri üzrə biliklər;
Şəbəkə üzrə ilkin biliklər;
“Zabbix”, “Dynatrace” və digər monitoring tool-larnan işləmək bacarığı;
Service Desk, JİRA sistemləri ilə iş təcrübəsi (arzu olunandır);
Problemlərin həll edilməsində operativlik və dəqiqlik.
Görəcəyiniz işlər:
“Service Desk” proqramına gələn sorğuların icrası,
Monitoring sistemlərdən gələn bildirişlərə dərhal reaksiya verilməsi,
Windows və Linux əməliyyat sistemlərinin log-larının araşdırılması,
Yaranmış problemlərin ilkin araşdırılması və rəylərin verilməsi,
Monitoring tool-larda yeni triger-lərin əlavə edilməsi.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 23.07.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.