Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Məsləhətçi vakansiyası üzrə işçi axtarılır

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: Məsləhətçi

Departament: Maliyyə

Şöbə: İnvestisiya

Vəzifə öhdəlikləri:

  • Sərbəst maliyyə vəsaitlərinin idarə edilməsi ilə bağlı əməliyyatları həyata keçirmək;
  • Müəssisənin investisiya əməliyyatlarının aparılması qaydalarına əlavə və dəyişikliklər edilməsi prosesində iştirak etmək;
  • Müəssisənin investisiya qoyuluşunun əsas istiqamətləri, investisiya strategiyasının müəyyənləşdirilməsi və həyata keçirilməsi üzrə təkliflər hazırlamaq;
  • Müəssisənin investisiya qoyuluşunun səmərəliliyinin artırılması məqsədilə tədbirlər görmək;
  • Müəssisənin gələcək pul axınları (mədaxil və məxaric daxil olmaqla) nəzərə alınaraq investisiya fəaliyyətinin həyata keçirilməsi zamanı sərbəst maliyyə vəsaitlərini qiymətləndirmək;
  • İnvestisiya qaydalarına əsasən investisiya siyasətinin əsas istiqamətlərini, prioritetlərini formalaşdırmaq və bu sahədə aidiyyəti təkliflər hazırlamaq;
  • Fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər, tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq və daxili sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Keçirilən hərracları izləmək və uyğun lotlarda iştirak üçün təkliflər hazırlamaq;
  • İnvestisiya portfeli üzrə bazar risklərini araşdırmaq, iqtisadi təhlillər aparmaq və nəticələr haqqında müvafiq hesabatları hazırlamaq;
  • İnvestisiya qərarlarının verilməsi üçün qiymətləndirmə modellərini və hesabatlarını hazırlamaq.

Vəzifə üçün tələblər:

  • İqtisadiyyat və idarəetmə ixtisas qrupu üzrə ali təhsil;
  • İnvestisiya layihələri və proqramları üzrə 3 ildən az olmayan əmək stajı;
  • İri həcmli məlumatlarla işləmək bacarığı, yüksək analitik təhlil, ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
  • İngilis və rus dilləri üzrə orta səviyyədə danışıq və yazı bacarıqları;
  • Excel proqramını mükəmməl, digər Microsoft Office proqramlarını orta səviyyədə bilməli;
  • CFA 1-ci səviyyə imtahanından keçmiş namizədlərə üstünlük veriləcəkdir.

Maraqlanan namizədlər CV-lərini 7 noyabr 2018-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır;
  • Təhlükəsizlik səbəbindən  yandex.rumail.rulist.ru,
    inbox.rubk.ruyahoo.com domenli emaillərdən daxil olan müraciətlər qəbul olunmur;
  • Son müraciət tarixi vakansiya mətnində qeyd olunub.