Loading...
Agentlik Tibbi xidmətlərin strateji satınalması şöbəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi xidmətlərin strateji satınalması şöbəsinin məsləhətçisi vakansiyasını elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əməkhaqqı;

  • İldə üç dəfə mükafat.

Görəcəyiniz işlər:

  • Göstərilən tibbi xidmət məlumatlarının toplanması, çeşidlənməsi, emalı və analitik təhlili;

  • Regional və beynəlxalq səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlili və təkliflərin verilməsi;

  • Tibb müəssisələrinin xidmət çeşidinin regional effektivliyinin təhlili, proqnozların hazırlanması;

  • Proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;

  • Təhlil edilən məlumatların müxtəlif alətlərlə vizuallaşdırılması.

Bizim üçün uyğun namizəd:

  • Ali tibb təhsili;

  • Səhiyyə sahəsində minimum 1 il iş təcrübəsi;

  • Təşəbbüskar, aktiv, komandada işləmək və vaxtın idarə olunması bacarığı;

  • Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;

  • İnduktiv və analitik təhlil bacarığı;

  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı.

Əlavə məlumatlar:

  • İş yeri: Begoc biznes mərkəzi;

  • İş qrafiki: 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi 31.01.2024-cü il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
 

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri