Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Ağcabədi filialının mütəxəssisi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağcabədi filialının mütəxəssisi vakansiyası elan edir.

Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;

  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;

  • Karyera inkişafı üçün yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil;

  • Təcrübə: Kargüzarlıq və vətəndaşlarla iş sahəsində təcrübə üstünlükdür;

  • Texniki biliklər: Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;

  • MC Office (Word, Excel) proqramlarında işləmək bacarığı.

  • Şəxsi bacarıqlar: Ünsiyyət, vaxtın idarə edilməsi və problemləri həll etmə bacarıqları.

  • Digər tələblər: Yaşayış yerinin Ağcabədi rayonu olması.

Vəzifə öhdəlikləri:

  • Filiala daxil olmuş vətəndaş müraciətlərinə “Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasının təmin edilməsi;

  • Vətəndaş müraciətlərinin elektron qaydada qeydə alınması və cavab məktublarının düzgün tərtibi;

  • Filialda kargüzarlıq işinin qanunvericilik aktlarının tələblərinə uyğun aparılması və sənədlərin tərtib olunması;

  • Rəhbərlik tərəfindən tələb olunan tibbi statistik məlumatların toplanması və Agentliyə təqdim edilməsi;

  • Səlahiyyətləri çərçivəsində icbari tibbi sığortanın təbliğ edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədilə tədbirlərin görülməsi.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);

  • İş yeri: Ağcabədi rayonu.

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi

  • Müsahibə

  • Vakansiyaya son müraciət tarixi: 18 iyul 2025;

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

 

Ağcabədi filialı
cv@its.gov.az
Bazar ertəsi- Cümə
Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır;
  • Təhlükəsizlik səbəbindən  yandex.rumail.rulist.ru,
    inbox.rubk.ruyahoo.com domenli emaillərdən daxil olan müraciətlər qəbul olunmur;
  • Son müraciət tarixi vakansiya mətnində qeyd olunub.
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri