Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

İnfrastruktur şöbəsinin mütəxəssisi (helpdesk)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnfrastruktur şöbəsinin mütəxəssisi (helpdesk) vakansiyası elan edir.

Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;

  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;

  • Karyera inkişafı üçün yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil;

  • Təcrübə: Sahə üzrə minimum 1 il iş təcrübəsi;

  • Texniki biliklər:

  • Service Desk və JIRA sistemləri üzrə iş təcrübəsi.

  • Domain controller və şəbəkə texnologiyaları sahəsində ilkin biliklər,

  • Microsoft Windows əməliyyat sistemləri üzrə biliklər,

  • Xarici dil bilikləri (ingilis və rus).                                 

  • Şəxsi bacarıqlar: Analitik düşüncə, araşdırma və problem həlletmə qabiliyyəti, komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq bacarığı.

Vəzifə öhdəlikləri:

  • İnformasiya təhlükəsizliyi siyasətlərinin tətbiqində dəstək göstərmək və aidiyyəti sənədlərin hazırlanmasına kömək etmək;

  • Kompüterlərdə əməliyyat sistemlərinin və proqramların quraşdırılması;

  • Printerlərin və şəbəkə qovluqlarının idarəsi;

  • Sistem inzibatçılığı və texniki dəstək;

  • Çağrı mərkəzi problemlərinin həlli;

  • JIRA proqramına daxil olan sorğuların operativ icrası.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);

  • İş yeri: Begoc biznes mərkəzi

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi

  • Müsahibə

  • Vakansiyaya son müraciət tarixi: 5 sentyabr 2025;

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

 

Bakı
cv@its.gov.az
Bazar ertəsi- Cümə
Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır;
  • Təhlükəsizlik səbəbindən  yandex.rumail.rulist.ru,
    inbox.rubk.ruyahoo.com domenli emaillərdən daxil olan müraciətlər qəbul olunmur;
  • Son müraciət tarixi vakansiya mətnində qeyd olunub.