Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısıTəhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Məsləhətçi
Şöbə: İctimaiyyətlə əlaqələr
Vəzifə öhdəlikləri:
• KİV-lər, o cümlədən ictimaiyyətin digər nümayəndələri ilə əlaqələrin qurulması;
• İctimaiyyətlə əlaqələr sahəsi üzrə materialların (press-reliz, açıqlama, bəyanatlar və s.) rəsmi çıxışların hazırlanmasını və redaktəsini təmin etmək;
• KİV və qeyri-hökumət təşkilatları ilə əlaqələrin qurulması, onlardan daxil olan müraciətlərin vaxtında cavablandırılmasını təmin etmək;
• İctimaiyyətlə əlaqələr sahəsinə dair sənədlərin və layihələrinin hazırlanmasında iştirak etmək;
• Agentliyin fəaliyyəti ilə bağlı hazırlanan media monitorinqlərin təhlil edilməsi və təkliflərin verilməsi;
• İcbari tibbi sığorta və Xidmətlər Zərfi ilə bağlı çap materiallarının hazırlanması və redaktə edilməsi;
• Agentliyin rəsmi internet saytının fəaliyyətinin monitorinqinin həyata keçirilməsi və bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə dair təşəbbüslərlə çıxış etmək;
• Agentliyin saytının daim yenilənməsinə və işlək vəziyyətdə olmasına nəzarət etmək;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi.
Vəzifə üçün tələblər:
• İctimaiyyətlə əlaqələr, jurnalistika, filologiya sahələrində ali təhsilin olması;
• Azərbaycan dilində səlis yazmaq və danışmaq;
• Analitik düşüncə tərzi;
• Sıx iş qrafikində işləmək bacarığı;
• Komanda daxilində işləmək bacarığı;
• Rus və ya ingilis dilində səlis yazmaq və danışmaq;
• Microsoft Ofis proqramlarında işləmək bacarığı;
• Müvafiq sahədə ən azı 3 il əmək stajının olması.
Maraqlanan namizədlər CV-lərini 01 mart 2021-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.