İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki Bakı şəhərində yerləşən tibb müəssisələrinə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsi üzrə vakansiyalar elan edir.
Vəzifə öhdəlikləri:
Tibb müəssisəsinin mühasibat uçotu, hesabatlılıq, maliyyə nəzarəti, insan resurslarının idarə edilməsi, əməyin mühafizəsi, təsərrüfat, təchizat, satınalma, arxiv, kargüzarlıq, mühafizə, xəstələrin qəbulu və digər inzibati funksiyaları yerinə yetirən struktur bölmələrin işinin lazımi qaydada təşkil olunmasının təmin edilməsi və onlara nəzarət;
Tibb müəssisəsinin büdcəsinin planlaşdırılması və icrasına nəzarət;
Maliyyə vəsaitlərinin vəziyyətinə, hərəkətinə və məqsədli istifadəsinə, maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə, daxilolmalara və ödənişlərə, vergi və digər öhdəliklərin yerinə yetirilməsinə nəzarət;
Tibb işçilərinin əmək haqlarının, sabit və həvəsləndirici əlavələrinin (bonuslarının) hesablanmasına və ödənilməsinə nəzarət;
Tibb müəssisəsinin gəlirlərinin artırılması və hədəflərinin reallaşdırılması üçün tədbirlərin görülməsi;
Tibb müəssisəsinin fəaliyyətinin optimallaşdırılması, strukturunun və biznes proseslərin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
Tabeliyində olan struktur bölmələrin fəaliyyətinə, həmçinin işçilərin vəzifələrini yerinə yetirməsinə, onların icra və əmək intizamına nəzarət;
İşçilərinin keyfiyyət göstəricilərinin artırılması üçün müvafiq tədbirlərin görülməsi;
İctimaiyyətlə əlaqələr üzrə fəaliyyətin təşkili və nəzarət;
Aidiyyəti üzrə yuxarı rəhbərliyin və tibb müəssisəsinin direktorunun tapşırıq, əmr və göstərişlərinin icrası;
Həyata keçirilən işlərin Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyinə və digər normativ hüquqi aktlara uyğunluğunun təmin edilməsi.
Vəzifəyə dair tələblər:
Ali təhsil (iqtisadi sahədə təhsil üstünlükdür);
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (xarici dil biliyi üstünlükdür);
MS Office proqramlarında işləmək bacarığı;
Rəhbər vəzifədə 5 ildən az olmayaraq iş stajı (maliyyə sahəsi üzrə iş təcrübəsi üstünlükdür);
Güclü təşkilatçılıq və idarəetmə bacarıqları;
İntizamlılıq və nəticəyönümlülük;
Stressə qarşı davamlılıq;
Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması üstünlükdür.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 31.03.2022-ci il;
CV-lər hr@its.gov.az ünvanına göndərilməlidir;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “inzibati məsələlər üzrə müavin” yazaraq göndərmələri xahiş olunur;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.