Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Keyfiyyət idarəetmə sistemləri üzrə məsləhətçi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Keyfiyyət idarəetmə sistemləri üzrə məsləhətçi vakansiyası elan edir.

Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;

  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;

  • Karyera inkişafı üçün yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Menecment və digər əlaqəli sahələr üzrə olması arzuolunandır);

  • Təcrübə: Keyfiyyəti idarəetmə, Biznes proseslərin idarə edilməsi və ya keyfiyyətə nəzarət fəaliyyətlərini idarə etmək üzrə minimum 2 il təcrübə;

  • Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək, Keyfiyyətə dair proqram təminatları və ERP sistemləri ilə işləmək bacarığı;

  • Şəxsi bacarıqlar: Layihələrin idarə olunması, komandada işləmə, vaxtın idarə edilməsi, kommunikasiya, konfliktlərin idarə edilməsi, ünsiyyət, problemlərin həlli, dəqiqlik və sistemlilik bacarıqları;

  • Dil bilikləri: İngilis dili bilikləri üstünlükdür;

Əlavə tələblər:

  • ISO 9001:2015 Keyfiyyətin idarə olunması sertifikatı üstünlükdür;

  • ISO 9001:2015 və digər beynəlxalq standartlara əsaslanan Keyfiyyət İdarəetmə Sistemlərinin tətbiqi və saxlanılması proseslərində iştirak təcrübəsi üstünlükdür;

  • ISO 9001:2015 standartı üzrə bilik və daxili audit prosesləri ilə tanışlıq;

  • Lean, Six Sigma və ya digər davamlı təkmilləşmə metodologiyaları üzrə layihələrdə iştirak təcrübəsi üstünlükdür;

Vəzifə öhdəlikləri:

  • Keyfiyyət İdarəetmə Sisteminin (KİS) tələblərinin tətbiqini təmin etmək, sistemin effektivliyini və aktuallığını qorumaq;

  • Proseslərin müəyyənləşdirilməsi və müvafiq qaydada sənədləşdirilməsini koordinasiya etmək;

  • Daxili sənədlərin hazırlanmasında iştirak etmək və struktur bölmələr tərəfindən hazırlanan sənədlərin ilkin yoxlanışını aparmaq, daxili sənədlərin reyestrini aktual vəziyyətdə saxlamaq;

  • İşçi heyətinin daxili sənədlər, keyfiyyət standartları, proseslər və istifadə olunan alətlər üzrə təlimatlandırılmasını təmin etmək;

  • KİS-in tələblərə uyğunluğunu qiymətləndirmək üçün daxili və xarici auditlərdə iştirak etmək;

  • Təchizatçıların keyfiyyət performansını monitorinq etmək və qiymətləndirmək, zəruri hallarda onların auditində iştirak etmək;

  • Beynəlxalq standartlar, daxili qaydalar və tələblərə riayət olunmasını nəzarətdə saxlamaq.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük, 8 saatlıq iş rejimi (Bazar ertəsi – Cümə);

  • İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;

  • İş yeri: Bakı şəhəri, Lev Tolstoy küçəsi 170;

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi

  • Praktiki tapşırıq/test mərhələsi

  • Müsahibə

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 22 yanvar 2026;

  • CV-lərinizi cv@its.gov.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;

  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;

  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

 

 

Bakı
cv@its.gov.az
Bazar ertəsi- Cümə
Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır;
  • Təhlükəsizlik səbəbindən  yandex.rumail.rulist.ru,
    inbox.rubk.ruyahoo.com domenli emaillərdən daxil olan müraciətlər qəbul olunmur;
  • Son müraciət tarixi vakansiya mətnində qeyd olunub.