İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərində fəaliyyət göstərəcək filialı üçün tibbi ekspert vəzifəsinə vakant yer elan edir.
Vəzifə öhdəlikləri:
- Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının Mərkəzi Xəstəxanalarında sığorta işinin həyata keçirilməsində iştirak və ona nəzarət;
- Sığorta işinin “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun aparılması;
- İlkin səhiyyə xidmətinin təşkilində iştirak;
- Regional vəziyyəti və konkret sığorta xidmətlərinə olan tələbatın öyrənilməsi;
- Tibbi-iqtisadi ekspertizanın həyata keçirilməsi;
- Tibb təchizatçıları tərəfindən təqdim olunan göstərilmiş tibbi xidmətlərin reyestrlərinə ilkin, texniki və tibbi-iqtisadi dəyərləndirmənin həyata keçirilməsi;
- Xəstəxanadaxili tibbi ekspertizanın həyata keçirilməsi;
- Sığorta hadisəsi zamanı sığorta olunana tibbi xidmətin keyfiyyətinə (yoxlama periodundan kənar vaxtda tibbi ekspertiza) nəzarət edilməsi;
- Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin araşdırılması məqsədi ilə vətəndaşlar və ya tibbi personal ilə görüşlərin keçirilməsi;
- Tibb təchizatçıları arasında tibbi xidmətin təşkili ilə əlaqədar yaranmış mübahisəli məsələlərin araşdırılmasının, təhlilinin və aradan qaldırılmasının təmin edilməsi;
- Tibb təchizatçıları ilə əməkdaşlıq müqavilələrinin imzalanması üçün tələb olunan prosedurların həyata keçirilməsi;
- Daxil olan müraciətlərin öz səlahiyyətləri daxilində araşdırılması və cavablandırılması;
- Gündəlik işi barədə hər iş gününün əvvəlində və sonunda, həftə ərzində görülmüş və planda nəzərdə tutulmuş işlər barədə hər həftənin sonuncu iş günü koordinatorun tələblərinə uyğun olaraq yazılı və ya şifahi hesabat və məruzələrin təqdim edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
- Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
- Daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
Vəzifə üçün tələblər:
- Ali tibbi təhsil, müvafiq sahə üzrə minimum 2 il iş stajı;
- 3 ildən az olmayaraq ümumi əmək stajı;
- Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
- Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
- Vətəndaşlarla ünsiyyət qurmaq bacarığı;
- İngilis və rus dilləri üzrə normal səviyyədə danışıq və yazı bacarığı;
- Ofis proqramları üzrə biliklər .
Maraqlanan namizədlər müraciət edilən vəzifənin adını qeyd etməklə CV-lərini 15.07.2018-ci iltarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 310-07-70.
Qeyd: Yalnız müraciət edilən vəzifənin adını qeyd etmiş və müvafiq meyarlar üzrə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.