Loading...
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Təchizat və satınalma şöbəsinin mütəxəssisi/aparıcı məsləhətçisi vakansiyası elan edir.

Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;

  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;

  • Karyera inkişafı üçün yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil;

  • Təcrübə: Dövlət satınalmaları sahəsində ən azı 1-3 il iş təcrübəsi (vəzifədən asılı olaraq);

  • Texniki biliklər: Dövlət satınalmaları haqqında qanunvericilik bilikləri;

  • Dövlət satınalmalarının vahid internet portalından istifadə bacarığı;

  • Microsoft Office (Word, Excel, Outlook) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;

  • Rəsmi yazışmaların, məktub və sənədlərin hazırlanması bacarığı.

  • Şəxsi bacarıqlar: Ünsiyyət, komandada işləmə, vaxtın idarə edilməsi və problemləri həll etmə bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Satınalmaların planlaşdırılması və struktur bölmələrin təlabatlarını öncədən müəyyənləşdirmək məqsədilə məlumatların tələb edilməsi;

  • Tələb olunan malların (işlərin və xidmətlərin) satınalması məqsədilə tenderlərin icra edilməsi;

  • Malların (işlərin və xidmətlərin) satınalınması üzrə bağlanmış müqavilələrin icrasına nəzarət;

  • Bağlanmış müqavilələrə uyğun olaraq malların (işlərin və xidmətlərin) sifarişi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;

  • Dövlət satınalmaları ilə bağlı məktubların hazırlanması;

  • Fəaliyyət istiqaməti üzrə hesabatların hazırlanması.

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi

  • Test mərhələsi

  • Müsahibə mərhələsi

Vakansiyaya son müraciət tarixi: 27 yanvar 2025.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

 

Bakı
cv@its.gov.az
Bazar ertəsi- Cümə
09:00-18:00 (13:00-14:00 nahar )
Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
  • Təhlükəsizlik səbəbindən yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com domenli emaillərdən daxil olan müraciətlər qəbul olunmur.
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri