Loading...
Agentlik Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin məsləhətçisi/aparıcı məsləhətçisi/baş məsləhətçisi vakansiyasını elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

Görəcəyiniz işlər:

  • Tibbi xidmətlərin tariflərinin hesablanması üçün zəruri olan ilkin məlumatların toplanması;

  • Tibbi xidmətlərin tariflərinin hesablanması üçün riyazi statistik metodlardan istifadə edərək modellərin hazırlanması;

  • İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması istiqamətində qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi;

  • Tibbi xidmətlərin tariflərinin hesablanması zamanı yaranan sahəvi suallarla bağlı müvafiq sahənin həkim-ekspertləri ilə əməkdaşlıq etmək;

  • Tibbi xidmətlərin tariflərinin hesablanması üçün zəruri olan bütün parametrlərin, ilkin məlumatların və hesablamalar zamanı istifadə edilmiş hər hansı mülahizələrin mənbəyi haqqında ətraflı məlumat vermək və lazımi riyazi statistik hesablamaları təqdim etmək;

  • Xidməti zərurət yarandığı zaman ezamlara getmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil - iqtisadiyyat, maliyyə və ya digər aidiyyəti ixtisaslar;

  • Maliyyə sahəsində ən azı 3 il iş təcrübəsi;

  • Maya dəyərinin/tariflərin hesablanması və Maliyyə modellərinin qurulması sahəsində təcrübə;

  • Maliyə məsləhət xidmətləri sahəsində təcrübənin olması üstünlükdür;

  • Əla səviyyədə Excel biliyi;

  • Statistik proqramlarda işləmə bacarığı üstünlükdür (SPSS və s.);

  • BI və vizuallaşdırma proqramlarında işləmə bacarığı (Tableau, PowerBI);

  • İlkin səviyyə Python biliklərinin olması üstünlükdür;

  • Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv;

  • Qabaqcıl tədqiqat və təqdimat bacarıqları;

  • Komandada işləmə bacarığı;

  • Qabaqcıl analitik və problem həll etmək bacarıqları;

  • Agentliyin ehtiyaclarına uyğun olaraq dinamik, uyğunlaşa bilən və çevik yanaşma;

  • Stressə davamlılıq.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi 14.09.2023-cü il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri