İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari tibbi sığorta haqlarının uçotu şöbəsinin məsləhətçisi vakansiyası elan edir.
Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Təklif etdiyimiz imkanlar:
Gənc və peşəkar kollektivdə çalışma şansı;
Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
Karyera inkişafı üçün yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
Təhsil: Maliyyə, iqtisadiyyat istiqaməti üzrə ali təhsil;
Təcrübə: Maliyyə, iqtisadiyyat üzrə minimum 3 il iş təcrübəsi;
Texniki biliklər: İcbari tibbi sığorta, vergi və məcburi dövlət sosial sığortası üzrə qanunvericilik bilikləri;
Hesabatların hazırlanması bacarığı;
Microsoft Office Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı;
Gəlir və xərclərin proqnozlaşdırılması sahəsində biliklər.
Şəxsi bacarıqlar: Ünsiyyət, komandada işləmə, vaxtın idarə edilməsi və analitik təhlil bacarıqları.
Vəzifə öhdəlikləri:
Şöbənin fəaliyyətini əks etdirən hesabatların hazırlanması və təhlillərin aparılması;
İstiqaməti üzrə aidiyyəti dövlət qurumları ilə işlərin aparılması;
Hər növbəti il üçün Agentliyin büdcə layihəsinin hazırlanması və qəbul olunmuş büdcənin icrasının gəlir tərəfinin təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi;
Sahəsi üzrə prosedur və qaydaların yazılmasında iştirak etmək.
İş şəraiti:
İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170.
Seçim mərhələləri:
Müraciətlərin nəzərdən keçirilməsi
Test mərhələsi
Müsahibə mərhələsi.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 16 aprel 2025;
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!