İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İT Xidmətlərinin dəstəklənməsi departamentinin İnformasiya sistemlərinin dəstəklənməsi şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmaq imkanı;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera inkişafı imkanları;
Rəqabətədavamlı əmək haqqı.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli;
Xəstəxana idarəetmə sistemlərinin istifadəsi ilə bağlı praktiki təcrübə olması;
Microsoft Windows əməliyyat sistemləri üzrə istifadəçi səviyyəsində biliklər olması;
Ofis proqramları üzrə yaxşı səviyyədə işləmə bacarığına malik olması;
Problemləri həll etmə, nəticəyönümlülük bacarığına malik olması;
Respublika üzrə bütün regionlara il ərzində mütəmadi ezamiyyələrə getmək imkanın olması;
ESD, JİRA sistemləri ilə iş təcrübəsinə malik olması arzu olunandır.
Görəcəyiniz işlər:
İcrasında olan sorğuları həll etmək, mümkün olmadıqda həlli istiqamətində müvafiq icraçıya yönləndirmək;
Sorğunun icrası ilə bağlı yekun nəticə əldə olunması və sorğunun bağlanması üçün sorğunu koordinasiyalı şəkildə təqib etmək;
Tibb müəssisələrində proqram təminatı istifadəçiləri və ya müəssisə tərəfindən təyin olunmuş məsul şəxslərlə mütəmadi olaraq əlaqədə olmaq, mövcud problemlərin həlli istiqamətində dəstək göstərmək;
Tibb müəssisələrində proqram təminatı istifadəçiləri və ya müəssisə tərəfindən təyin olunmuş məsul şəxslərin bilik və bacarıqlarının artırılması üçün təlimlər təşkil etmək, ehtiyac yarandığı təqdirdə proqram təminatının istifadəsinə dair video və digər elektron formalarda təlimatlar hazırlamaq;
Proqram təminatlarında baş verən yeniliklərlə bağlı mütəmadi olaraq təlimlərdə iştirak etmək;
Daxil olan rəsmi məktubları cavablandırmaq.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 17.07.2022-ci il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir [1] ;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
[1] Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.