İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi regional filiallarına həkim-ekspert vəzifəsi üzrə vakansiya elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı.
Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:
Gəncə
Lənkəran
Şəki
Quba
Şirvan
Şamaxı
Mingəçevir
Göyçay
Ağcabədi
Şəmkir
Cəlilabad
Görəcəyiniz işlər:
Regionlarda yerləşən tibb təchizatçılarında tibbi ekspertizanın həyata keçirilməsi;
Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin araşdırılması məqsədi ilə vətəndaşlar və yaxud tibb heyəti ilə görüşlərin keçirilməsi;
Tibb təchizatçısı ilə vətəndaş arasında yaranmış tibbi xidmətin təşkili ilə əlaqəli mübahisəli məsələlərin araşdırılmasının, təhlilinin və aradan qaldırılmasının təmin edilməsi;
Tibbi və texniki ekspertizanın aparılması nəticəsində aktların tərtib olunması;
Departamentə daxil olan xidməti fəaliyyəti ilə əlaqədar məktubların cavablandırılması;
Rəhbərlik tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş digər tapşırıqların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi;
Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
Bizim üçün uyğun namizəd:
Ali tibbi sahə üzrə təhsil;
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus dili biliyi üstünlükdür);
MS Office (Word, Excel) proqramlarında işləmək bacarığı;
5 ildən az olmayaraq ümumi əmək stajı;
İntizamlılıq və nəticəyönümlülük;
Ünsiyyət və təşkilatçılıq bacarığı;
Stressə qarşı davamlılıq;
Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması üstünlükdür.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 04.03.2022-ci il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməldir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.