İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot olaraq tabeliyinə verilmiş “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs, “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs və “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə müvafiq həkim vəzifələri üzrə vakant yerlər elan edir:
həkim-pulmonoloq | həkim-travmatoloq-ortoped |
həkim-anestezioloq-reanimatoloq | təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim |
həkim-nevropatoloq | həkim-ümumi cərrah | həkim-nefroloq |
həkim-dermatoveneroloq | həkim- infeksionist | həkim-radioloq |
həkim-qastroenteroloq | həkim-anestezioloq-reanimatoloq | həkim-ftiziatr |
həkim-oftalmoloq (cərrah) | həkim- travmatoloq-ortoped | həkim-otorinolarinqoloq (cərrah) |
həkim-uroloq (cərrah) |
Yoluxucu xəstəliklər şöbəsinin müdiri | həkim-anestezioloq-şüa diaqnostika üzrə həkimreanimatoloq | şüa diaqnostika üzrə həkim |
təcili və təxirəsalınmaz tibbi yardım üzrə bölmə müdiri | həkim-anestezioloq-reanimatoloq (uşaq bölməsi) | həkim-laborant (şöbə müdiri) |
təcili və təxirəsalınmaz tibbi yardım stansiyası-çağırışçı həkim | həkim-travmatoloq-ortoped | həkim-hematoloq |
həkim-nevropatoloq | həkim-uroloq | həkim-onkoloq |
həkim-kardioloq | həkim-pediatr | həkim-radioloq |
ailə-həkimi | həkim-nefroloq |
Agentlik tərəfindən həkimlərə əmək haqqına əlavə olaraq “Pilot layihə çərçivəsində həkimlərin əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları” ilə müəyyən edilmiş stimullaşdırıcı və normativlərlə bağlı ödənişlər nəzərdə tutulur.
Maraqlanan namizədlər 01 iyul 2019-cu il tarixinədək müraciət olunan vəzifənin adını qeyd etməklə CV və sertifikasiya şəhadətnamələrini hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün (012) 310-07-70 telefon nömrəsi ilə əlaqə saxlayıb suallarınızı İnsan resurslarının idarəedilməsi və inkişafı departamentinə ünvanlaya bilərsiniz
Yalnız seçilmiş və sertifikasiya şəhadətnamələri olan namizədlərlə əlaqə saxlanılacaqdır.