Loading...
Agentlik Kibertəhlükəsizlik şöbəsinə vakant yer elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnformasiya təhlükəsizliyi departamentinin Kibertəhlükəsizlik  şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera inkişafı imkanları;

  • Rəqabətədavamlı əmək haqqı.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (texniki sahədə təhsil arzu olunandır);

  • İnformasiya təhlükəsizliyi üzrə minimum 1 il iş təcrübəsi;

  • Audit, Threat Intelligence, SIEM, Vulnerability Assessment, SOAR və s. tipli proqram təminatları ilə iş təcrübəsi və bacarığının olması;

  • Linux əməliyyat sistemində işləmə bacarığının olması;

  • Peşəkar ünsiyyət və öyrətmə bacarığının olması;

  • İşə məsuliyyətli yanaşma və operativlik bacarığının olması;

  • Proqramlaşdırma bacarıqları arzu olunandır (Python, BASH, Java, Ruby, Perl);

  • İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq sertifakların mövcudluğu arzu olunandır (CEH, OSCP, IBM QRadar SIEM Fundamental Administration və s.).

Görəcəyiniz işlər:

  • İT infrastrukturun daimi auditini aparmaq və boşluq yarada biləcək konfiqurasiyalarını müəyyən etmək;

  • Kibər təhlükələrin vaxtında aşkar etmək və proaktiv olaraq təhlükələrin qarşısının alınması üçün tədbirlər görmək;

  • Mikro proqram təminatlarında, veb tətbiqlərdə, əməliyyat sistemlərində olan boşluqların vaxtında aşkar edilməsi və onların aradan qaldırılması üçün aidiyyəti şöbəyə göstərişləri vermək;

  • SIEM sisteminin konfiqurasiyası və həmin sistemə nəzarət edərək təhlükələri aşkar etmək;

  • Veb tətbiqlərin və İT infrastrukturun pentest-inin və stress testini aparmaq;

  • Veb tətbiqlərdə, proqram təminatlarında, İT infrastrukturda tapılmış boşluqlara haqqında hesabatların hazırlanması və həmin boşluqların aradan qaldırılması prosesinə nəzarət etmək (Pentesting);

  • Level7 firewall-ların auditini aparmaq və boşluq yarada biləcək konfiqurasiya xətalarını aşkar etmək;

  • DevSecOps prosesinin təşkil etmək.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 29.04.2022-ci il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir [1] ;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

[1] Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

 

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri