İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinin mütəxəssisi vakansiyasını elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali tibb təhsili;
Tibbi-iqtisadi ekspert, praktiki həkim kimi tibbi sığorta sahəsində minimum 3 il iş təcrübəsi;
Xəstəxana idarəetmə sistemləri, ekspertiza proqramlarında işləmə bacarığı;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
Ofis proqramları üzrə biliklər;
Ünsiyyət və komandada işləmə bacarığı;
Problem həlletmə bacarığı.
Görəcəyiniz işlər:
Tibbi-iqtisadi ekspertiza planının hazırlanması;
Tibbi-iqtisadi ekspertizanın həyata keçirilməsi;
Tibbi-iqtisadi ekspertizanın mübahisələndirilməsi;
Tələb olunan hesabatların hazırlanması.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Begoc biznes mərkəzi.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 28.11.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.