Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısıTəhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Mütəxəssis
Şöbə: Marketinq və tədbirlər
Vəzifə öhdəlikləri:
• Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
• İnformativ və infoqrafik videoların hazırlanması;
• Sosial mediada paylaşılacaq postların dizaynının hazırlanması;
• Promo və çap məhsullarının dizaynının hazırlanması;
• Dijital trendləri izləmə və işlədiyi sahəyə tətbiq edilməsi;
• Şöbənin fəaliyyətinə dair məsələlərin vaxtında həyata keçirilməsinin təmin edilməsi;
• Departamentin həyata keçirdiyi layihələrlə bağlı təklif və təşəbbüslərlə çıxış edilməsi;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi.
Vəzifə üçün tələblər:
• Ali təhsil;
• Qrafik dizayn proqramlarında işləmək bacarığı (Photoshop, Adobe Illustrator, Adobe InDesign, CorelDraw, After Effects, Adobe Premier);
• Microsoft Ofis proqramlarında işləmək bacarığı;
• Müvafiq sahədə ən azı 3 il əmək stajının olması;
• Komanda daxilində işləmək bacarığı;
• Sıx iş qrafikində işləmək bacarığı.
Maraqlanan namizədlər CV-lərini 01 mart 2021-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.