26 April 2023 17:00
Agentlik İT könüllü proqramı elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Bu proqram hazırda təhsili davam edən tələbələrə və yeni məzunlara Agentlikdə aşağıdakı istiqamətlərdən birində praktiki təcrübə əldə etmək imkanı yaradır:
1. .NET / .NET Core üzrə Backend Proqramlaşdırma
2. React üzrə Frontend Proqramlaşdırma
Proqramın üstünlükləri:
Gənc və peşəkar kollektivdə çalışmaq imkanı;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
İT sahəsi üzrə biliklərin inkişaf etdirilməsi;
Nəzəri və praktiki təlimlərdə iştirak imkanı;
Gənclərin innovativ yeniliklərdən istifadəsinə şərait yaratmaq;
Könüllü proqramını uğurla bitirən gənclərin işlə təmin olunma imkanının yaradılması.
Proqrama müraciət üçün tələblər:
Ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində və ya 1-ci və ya 2-ci kurs magistratura pilləsində İT istiqamətləri üzrə təhsil alan;
Müraciət etdiyiniz istiqamət üzrə texniki biliklər;
Dil bilikləri: Azərbaycan (ana dili) – səlis, ingilis dili – texniki səviyyədə;
Komandada işləmək bacarığı;
Öyrənməyə və inkişafa meyilli;
Şifahi və yazılı ünsiyyət bacarığı.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 13:00 və ya 14:00 – 18:00
İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.
Müraciət qaydası:
Son müraciət tarixi: 14.05.2023-cü il;
Namizədlər bu link https://forms.office.com/r/tMWz2gBGWZ vasitəsilə qeydiyyatdan keçməlidirlər;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Announcement
Gəncə şəhərində uzman həkimlərin uşaqlar üçün səyyar qəbulu keçiriləcək
15 July 2024 11:15
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edəcək
04 July 2024 16:15
Zaur Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edəcək
07 June 2024 09:00
Zaur Əliyev Göyçay şəhərində vətəndaşları qəbul edəcək
29 April 2024 15:49
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
15 April 2024 09:16
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 February 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 January 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 January 2024 12:00
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
28 November 2023 12:30
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 November 2023 17:00